Məsləhətçi- Monitorinq mərkəzi (Data analitika üzrə)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Data & Analytics
Posted

Description

Nəqliyyat izləmə sistemlərindən toplanan gündəlik məlumatları analiz edərək sərnişin axınını təhlil etmək, marşrut performansını qiymətləndirmək, avtobusların doluluq səviyyəsini yoxlamaq, sərnişinlərdən daxil olan şikayətləri cavablandırmaq və avtobusların gecikmə (interval) hesabatlarını hazırlamaq.

Mövcud ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması üçün analitik həllər təklif etmək.

Əldə olunan datalar əsasında marşrutların effektivlik göstəricilərini yoxlamaq və sərnişindaşımada keyfiyətin artırılması istiqamətində həllər təklif etmək.

KPI-ları, əməliyyat göstəricilərini və tendensiyaları təhlil edərək hesabatlar hazırlamaq.

Requirements

  • Kompüter elmləri, İnformasiya texnologiyaları, Nəqliyyat, Logistika, Statistika və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Analitika sahəsində ən azı 2–3 il iş təcrübəsi (nəqliyyat sektorunda təcrübəyə üstünlük verilir);
  • GPS sistemlərindən əldə olunan məkan və zaman məlumatlarının emalı və təhlili;
  • Nəzarət və idarəetmə mərkəzlərində məlumat axınının monitorinqi və böyük həcmli məlumatların analitikası;
  • Power BI və ya Tableau vasitəsilə interaktiv dashboard və analitik hesabatların hazırlanması;
  • Python proqramlaşdırma dilində məlumatların təmizlənməsi və transformasiyası (arzuolunandır);
  • SQL ilə məlumat bazalarından məlumatların əldə edilməsi və emalı (arzuolunandır);
  • “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
  • Məlumatların keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların aşkarlanması;
  • KPI-ların, əməliyyat göstəricilərinin və tendensiyaların təhlili;
  • Analitik nəticələri hesabat və təqdimat formasında aydın ifadə etmək bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı.

Apply at the source

This role was published by Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗