Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data Science & ML
- Posted
Description
- Biznes məsələlərinə uyğun ML modellərinin layihələndirilməsi, öyrədilməsi və optimallaşdırılması;
- End-to-end ML pipeline-larının qurulması — məlumatın hazırlanmasından modelin production-a çıxarılmasınadək;
- NLP, Computer Vision və Speech sahələrində dərin öyrənmə modellərinin hazırlanması və tətbiqi;
- Model performansının qiymətləndirilməsi, hyperparameter tuning və modellərin təkmilləşdirilməsi;
- Modellərin production mühitində yerləşdirilməsi və inference proseslərinin optimallaşdırılması;
- Production-dakı modellərin monitorinqi, data drift-in aşkarlanması və modellərin yenidən öyrədilməsi;
- Data mühəndisləri ilə birgə keyfiyyətli dataset-lərin və feature-ların hazırlanması;
- Sahə üzrə elmi yeniliklərin izlənilməsi və müasir metodların layihələrdə tətbiqi;
- Eksperimentlərin sənədləşdirilməsi və nəticələrin komanda ilə bölüşülməsi;
- AI komandasının digər üzvləri ilə sıx əməkdaşlıq.
Requirements
Kompüter elmləri, riyaziyyat, statistika, süni intellekt və ya əlaqəli sahə üzrə ali təhsil;
Maşın öyrənməsi və ya data science sahəsində minimum 1 il iş təcrübəsi;
Güclü riyazi baza — xətti cəbr, ehtimal nəzəriyyəsi, statistika və optimallaşdırma;
Python və ML kitabxanaları (PyTorch, TensorFlow, scikit-learn) üzrə güclü biliklər;
Klassik ML alqoritmləri (reqressiya, təsnifat, klasterləşdirmə, ansambl metodları — XGBoost, LightGBM) üzrə təcrübə;
Dərin öyrənmə arxitekturaları (CNN, RNN, Transformer) üzrə biliklər;
Məlumatların emalı və feature engineering üzrə təcrübə (Pandas, NumPy, Spark);
Model qiymətləndirmə metrikaları, cross-validation və eksperiment dizaynı üzrə biliklər;
MLOps alətləri (MLflow, DVC və s.), model versiyalanması və monitorinqi üzrə biliklər;
Model serving texnologiyaları (ONNX, TorchServe, Triton və s.) üzrə biliklər;
SQL və verilənlər bazaları ilə iş təcrübəsi;
Docker, Linux, Git və bulud platformaları üzrə biliklər;
Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.
Müraciət etmək üçün : [email protected]
Apply at the source
This role was published by Caspel and listed via SmartJob.az. Applications are handled there, not on this site.
Original posting: https://smartjob.az/vacancy/84173-masin-oyrenmesi-uzre-muhendis-ml-engineer