Data mühəndisi (Data Engineer)

Caspel

Location
Not specified
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

Caspel Süni intellekt departamentinin komandasına Data mühəndisi axtarılır!

Kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

Data mühəndisliyi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;

Python və SQL üzrə güclü biliklər;

ETL/ELT proseslərinin qurulması və data pipeline alətləri (Apache Airflow, dbt və s.) ilə iş təcrübəsi;

Relational (PostgreSQL, MySQL, MS SQL) və NoSQL (MongoDB, Redis) məlumat bazaları ilə iş təcrübəsi;

Vector verilənlər bazaları (Qdrant, Milvus, pgvector və s.) üzrə biliklər;

Docker, Linux, Git və CI/CD prosesləri üzrə biliklər;

Məlumatların modelləşdirilməsi, data keyfiyyəti və data governance anlayışları;

Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Rus dili arzuolunandır.

Öhdəliklər

Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və inteqrasiyası üçün ETL/ELT proseslərinin qurulması və dəstəklənməsi;

Data pipeline-ların layihələndirilməsi, avtomatlaşdırılması və monitorinqi;

Data warehouse və data lake infrastrukturunun qurulması və idarə olunması;

AI və ML modelləri üçün keyfiyyətli dataset-lərin hazırlanması və aktual saxlanılması;

RAG sistemləri üçün məlumatların emalı, vektorlaşdırılması və vector bazalarında idarə olunması;

Real vaxt (streaming) və batch məlumat axınlarının qurulması və dəstəklənməsi;

Məlumat keyfiyyətinin yoxlanılması, validasiya qaydalarının tətbiqi və problemlərin aradan qaldırılması;

Məlumatların təhlükəsizliyi və məxfiliyi tələblərinə riayət olunmasının təmin edilməsi;

Data infrastrukturunun performansının optimallaşdırılması və miqyaslandırılması;

Texniki sənədləşdirmənin aparılması və AI komandası daxilində sıx əməkdaşlıq.

Şəxsi keyfiyyətlər

Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;

Məsuliyyətlilik və nəticəyönümlülük;

Komandada işləmək və effektiv ünsiyyət bacarığı;

Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;

Diqqətlilik və işə keyfiyyətli yanaşma;

Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar

Əmək haqqı: razılaşma yolu ilə;

İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Data mühəndisi (Data Engineer)” sözlərini qeyd etməklə qeyd olunan elektron ünvanına göndərsinlər.

Apply at the source

This role was published by Caspel and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗