Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)

Caspel

Location
Not specified
Employment
Full-time
Category
Data Science & ML
Posted

Description

Caspel Süni intellekt departamentinin komandasına Maşın öyrənməsi üzrə mühəndis axtarılır!

Tələblər

Kompüter elmləri, riyaziyyat, statistika, süni intellekt və ya əlaqəli sahə üzrə ali təhsil;

Maşın öyrənməsi və ya data science sahəsində minimum 1 il iş təcrübəsi;

Güclü riyazi baza — xətti cəbr, ehtimal nəzəriyyəsi, statistika və optimallaşdırma;

Python və ML kitabxanaları (PyTorch, TensorFlow, scikit-learn) üzrə güclü biliklər;

Klassik ML alqoritmləri (reqressiya, təsnifat, klasterləşdirmə, ansambl metodları — XGBoost, LightGBM) üzrə təcrübə;

Dərin öyrənmə arxitekturaları (CNN, RNN, Transformer) üzrə biliklər;

Məlumatların emalı və feature engineering üzrə təcrübə (Pandas, NumPy, Spark);

Model qiymətləndirmə metrikaları, cross-validation və eksperiment dizaynı üzrə biliklər;

MLOps alətləri (MLflow, DVC və s.), model versiyalanması və monitorinqi üzrə biliklər;

Model serving texnologiyaları (ONNX, TorchServe, Triton və s.) üzrə biliklər;

SQL və verilənlər bazaları ilə iş təcrübəsi;

Docker, Linux, Git və bulud platformaları üzrə biliklər;

Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.

Öhdəliklər

Biznes məsələlərinə uyğun ML modellərinin layihələndirilməsi, öyrədilməsi və optimallaşdırılması;

End-to-end ML pipeline-larının qurulması — məlumatın hazırlanmasından modelin production-a çıxarılmasınadək;

NLP, Computer Vision və Speech sahələrində dərin öyrənmə modellərinin hazırlanması və tətbiqi;

Model performansının qiymətləndirilməsi, hyperparameter tuning və modellərin təkmilləşdirilməsi;

Modellərin production mühitində yerləşdirilməsi və inference proseslərinin optimallaşdırılması;

Production-dakı modellərin monitorinqi, data drift-in aşkarlanması və modellərin yenidən öyrədilməsi;

Data mühəndisləri ilə birgə keyfiyyətli dataset-lərin və feature-ların hazırlanması;

Sahə üzrə elmi yeniliklərin izlənilməsi və müasir metodların layihələrdə tətbiqi;

Eksperimentlərin sənədləşdirilməsi və nəticələrin komanda ilə bölüşülməsi;

AI komandasının digər üzvləri ilə sıx əməkdaşlıq.

Şəxsi keyfiyyətlər

Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;

Məsuliyyətlilik və nəticəyönümlülük;

Komandada işləmək və effektiv ünsiyyət bacarığı;

Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;

Diqqətlilik və işə keyfiyyətli yanaşma;

Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar

Əmək haqqı: razılaşma yolu ilə;

İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.

Apply at the source

This role was published by Caspel and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗