Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data Science & ML
- Posted
Description
Caspel Süni intellekt departamentinin komandasına Maşın öyrənməsi üzrə mühəndis
axtarılır!
Tələblər
Kompüter elmləri, riyaziyyat, statistika, süni intellekt və ya əlaqəli sahə üzrə ali
təhsil;
Maşın öyrənməsi və ya data science sahəsində minimum 1 il iş
təcrübəsi;
Güclü riyazi baza — xətti cəbr, ehtimal nəzəriyyəsi,
statistika və optimallaşdırma;
Python və ML kitabxanaları (PyTorch,
TensorFlow, scikit-learn) üzrə güclü biliklər;
Klassik ML alqoritmləri
(reqressiya, təsnifat, klasterləşdirmə, ansambl metodları — XGBoost, LightGBM) üzrə təcrübə;
Dərin öyrənmə arxitekturaları (CNN, RNN, Transformer) üzrə biliklər;
Məlumatların emalı və feature engineering üzrə təcrübə (Pandas, NumPy,
Spark);
Model qiymətləndirmə metrikaları, cross-validation və eksperiment
dizaynı üzrə biliklər;
MLOps alətləri (MLflow, DVC və s.), model
versiyalanması və monitorinqi üzrə biliklər;
Model serving
texnologiyaları (ONNX, TorchServe, Triton və s.) üzrə biliklər;
SQL və
verilənlər bazaları ilə iş təcrübəsi;
Docker, Linux, Git və bulud
platformaları üzrə biliklər;
Texniki sənədləri oxumaq səviyyəsində
ingilis dili biliyi.
Öhdəliklər
Biznes məsələlərinə uyğun ML modellərinin layihələndirilməsi, öyrədilməsi və
optimallaşdırılması;
End-to-end ML pipeline-larının qurulması — məlumatın
hazırlanmasından modelin production-a çıxarılmasınadək;
NLP, Computer
Vision və Speech sahələrində dərin öyrənmə modellərinin hazırlanması və tətbiqi;
Model performansının qiymətləndirilməsi, hyperparameter tuning və modellərin
təkmilləşdirilməsi;
Modellərin production mühitində yerləşdirilməsi və
inference proseslərinin optimallaşdırılması;
Production-dakı modellərin
monitorinqi, data drift-in aşkarlanması və modellərin yenidən öyrədilməsi;
Data mühəndisləri ilə birgə keyfiyyətli dataset-lərin və feature-ların
hazırlanması;
Sahə üzrə elmi yeniliklərin izlənilməsi və müasir
metodların layihələrdə tətbiqi;
Eksperimentlərin sənədləşdirilməsi və
nəticələrin komanda ilə bölüşülməsi;
AI komandasının digər üzvləri ilə
sıx əməkdaşlıq.
Şəxsi keyfiyyətlər
Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Komandada
işləmək və effektiv ünsiyyət bacarığı;
Yeni texnologiyaları öyrənməyə
açıqlıq və davamlı inkişafa meyillilik;
Diqqətlilik və işə keyfiyyətli
yanaşma;
Tapşırıqları vaxtında və operativ icra etmə
qabiliyyəti.
Əlavə məlumatlar
Əmək haqqı: razılaşma yolu ilə;
İş
qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində
“Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd
olunan elektron ünvanına göndərsinlər.
Apply at the source
This role was published by Caspel and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/masin-oyrenmesi-uzre-muhendis-ml-engineer-Ut1s91