Find your next opportunity

Newest first

Marketinq və Data Analitika üzrə mütəxəssis

Mind Services

Location
Baku
Employment
Freelance
Category
Data & Analytics
Posted
Deadline

Description

İş şəraiti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu

İş qrafiki: 6 günlük (Bazar ertəsi – Cümə: 09:00–18:00; Şənbə: 10:00–15:00)

Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun)

İş barədə məlumat (Öhdəliklər)

Şirkətin ümumi marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

Şirkətin sosial media hesablarının (Instagram, Facebook, LinkedIn və s.) idarə olunması, kontent-planın hazırlanması və cəlbedici paylaşımların təşkili;

Brendin tanınırlığının artırılması məqsədilə rəqəmsal və ənənəvi marketinq kampaniyalarının planlaşdırılması və icrası;

Bazarın, rəqiblərin təhlili və yeni marketinq trendlərinin izlənilməsi;

Şirkətin tədbirlərinin, reklam və promo aksiyalarının təşkili;

Veb-sayt və digər reklam materialları üçün mətnlərin (kopiraytinq) hazırlanması;

Görülən işlər və marketinq kampaniyalarının nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;

Müxtəlif müqavilə, hesab və texniki sənədlərin təhlili, məlumatların strukturlaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi;

Məlumatların analitik təhlili və nəticələrin qiymətləndirilməsi.

Namizədə olan tələblər

Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə);

Müvafiq sahə üzrə azı 1–3 il iş təcrübəsi;

Analitik düşünmə və mürəkkəb sənədləri qısa müddətdə təhlil etmək bacarığı;

Riyazi-analitik təfəkkür, məntiqi ardıcıllıq qurmaq və detallardakı uyğunsuzluqları müəyyən etmək qabiliyyəti;

Kompüterdən inamlı istifadə bacarığı və yeni proqram təminatını sürətlə mənimsəmək;

MS Office proqramları, xüsusilə Excel üzrə biliklər (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.);

Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla işləmək bacarığı;

Rəqəmsal marketinq alətləri (SMM, Meta Ads, Google Ads əsasları) üzrə biliklər;

Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır);

Kreativ yanaşma, təşəbbüskarlıq və komandada işləmək bacarığı;

Nəticəyönümlülük və yüksək məsuliyyətlilik;

INCOTERMS 2020 şərtləri, təchizat zənciri, beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər üstünlükdür;

Milli normativ hüquqi aktlar haqqında ümumi biliklər üstünlükdür.

Əlavə tələblər:

Xanım namizəd;

Yaş aralığı: 22–27;

Boy: 1.75 m-dən yuxarı;

Şirkətin reklam çəkilişlərində şirkət üzü kimi iştirak etmək.

Təkliflərimiz

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;

Korporativ nömrə təminatı;

Peşəkar komandada inkişaf və karyera imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində Marketinq və Data Analitika üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by Mind Services and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗