JavaScript / Node.js Developer

Edumedia

JavaJavaScriptNode.js

Location
Not specified
Employment
Full-time
Category
Backend
Posted

Description

Təsvir

Edumedia şirkəti təcrübəli JavaScript / Node.js (TypeScript) developer axtarır.

Uyğun namizəd təhsil sahəsində istifadə olunan iri həcmli, mövcud web platformaların inkişafında və dəstəklənməsində

iştirak edəcək.

Vəzifələr və Məsuliyyətlər

Node.js və TypeScript (əsasən Express framework) ilə backend tətbiqlər inkişaf

etdirmək.

Mövcud iri layihələrin inkişafında iştirak etmək: yeni

funksionallıq əlavə etmək, xətaları aradan qaldırmaq və sistemi dəstəkləmək.

Layihə tələblərini analiz etmək və kodlaşdırmaq.

PostgreSQL verilənlər bazası modelini (ORM vasitəsilə) qurmaq və sorğuları

optimallaşdırmaq.

RESTful API-lər dizayn etmək və xarici servislərlə

inteqrasiya qurmaq.

Kodun keyfiyyətini, təhlükəsizliyini və performansını

təmin etmək.

Texniki xətaları araşdırıb həll etmək.

Komanda daxilində effektiv kommunikasiya qurmaq və code review prosesində iştirak

etmək.

Tələblər

Ən az 3 il Node.js və onun framework-ları ilə iş təcrübəsi.

TypeScript biliyi.

Express (və ya bənzər framework)

təcrübəsi.

SQL / PostgreSQL və ORM (TypeORM, Sequelize və bənzəri)

təcrübəsi.

RESTful API-lər yaratmaq və istifadə etmək

bacarığı.

Autentifikasiya və təhlükəsizlik (JWT və s.) barədə

anlayış.

Git və ya bənzər versiya nəzarət sistemlərindən istifadə

bacarığı.

Problem həll etmə və analitik düşünmə

bacarıqları.

Kommunikasiya və komanda işi

bacarıqları.

Yaradıcı və öyrənməyə həvəsli.

Üstünlük sayılır (arzuolunan)

Real-time funksionallıq (Socket.IO / WebSocket) təcrübəsi.

Xarici API və ya LDAP / Active Directory inteqrasiyaları təcrübəsi.

Linux, Docker, PM2 və deployment prosesləri ilə tanışlıq.

İri həcmli mövcud layihəyə sürətli adaptasiya bacarığı.

İş qrafiki

Həftənin 5 günü.

Saat: 09:00 –

18:00.

Əmək haqqı: təcrübə və iş bacarığından asılı olaraq

tənzimlənəcək.

Ünvan

Bakı şəhəri, Xətai pr. 34, Luxen Plaza.

CV-lərinizi "Node.js Developer" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron

poçt ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə

Əlaqə nömrələri: (055) 860 90 95 / (012) 496 90 94

Web səhifə: www.edumedia.az

Apply at the source

This role was published by Edumedia and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗