Java developer, Qeyri-kredit məhsullarının inkişafına dəstək bölməsinin eksperti
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Backend
- Posted
- Deadline
Description
Vəzifə öhdəlikləri:
Java əsaslı proqram təminatı sistemlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
Biznes tələblərinin analiz edilməsi və texniki həllərin hazırlanmasında iştirak;
Yeni funksionallıqların hazırlanması və mövcud funksionallıqların təkmilləşdirilməsi;
REST API və digər inteqrasiya həllərinin hazırlanması;
Verilənlər bazası ilə qarşılıqlı əlaqənin hazırlanması və optimallaşdırılması;
Mövcud sistemlərin kod bazasının analiz edilməsi və refaktorinq işlərinin aparılması;
Proqram təminatında yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
Tətbiqlərin performans və dayanıqlığının təmin edilməsində iştirak;
Unit və Integration testlərin hazırlanması;
Code Review proseslərində iştirak;
CI/CD proseslərinin tətbiqində və təkmilləşdirilməsində iştirak;
Texniki sənədlərin hazırlanması və aktuallaşdırılması;
Digər proqramçı, analitik, QA və infrastruktur komandaları ilə sıx əməkdaşlıq;
Müəyyən edilmiş development, security və architecture standartlarına riayət etmək;
Junior proqramçıların texniki inkişafına dəstək göstərmək.
Digər şərtlər
Texniki bilik və bacarıqlar
Java SE və OOP prinsipləri üzrə güclü bilik;
SOLID, Design Patterns və Clean Code prinsipləri üzrə praktiki təcrübə;
Java Collections, Exception Handling, Multithreading/Concurrency və digər əsas Java mexanizmləri üzrə yaxşı bilik;
Spring Framework və Spring Boot ilə peşəkar iş təcrübəsi;
REST API-lərin hazırlanması və inteqrasiyası üzrə təcrübə;
Mikroservis arxitekturası və servis əsaslı tətbiqlərin hazırlanması üzrə anlayış və praktiki təcrübə;
Relational verilənlər bazaları ilə işləmə üzrə yaxşı bilik;
Oracle, PostgreSQL relational database-lərdən biri ilə praktiki iş təcrübəsi;
SQL üzrə yaxşı bilik, mürəkkəb sorğuların yazılması və optimallaşdırılması bacarığı;
JPA/Hibernate və ya digər ORM texnologiyaları ilə iş təcrübəsi;
Git ilə işləmə və version control prinsipləri üzrə bilik;
Maven və ya Gradle ilə işləmə təcrübəsi;
Unit və Integration Testing üzrə praktiki bilik;
JSON, HTTP/HTTPS və web servis texnologiyaları üzrə yaxşı bilik;
Docker və container texnologiyaları üzrə praktiki təcrübə;
CI/CD prosesləri və müvafiq alətlər haqqında bilik;
Linux əməliyyat sistemi mühitində işləmə bacarığı;
Message Broker texnologiyaları, məsələn Kafka və ya RabbitMQ ilə iş təcrübəsi;
Redis və digər caching mexanizmləri üzrə anlayış;
Logging, monitoring və application troubleshooting üzrə anlayış;
Proqram təminatı arxitekturası və inteqrasiya prinsipləri haqqında yaxşı anlayış.
Tələblər:
İş təcrübəsi- 1-5 il
Dil biliyi - Azərbaycan dili - yüksək, İngilis dili - orta
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Apply at the source
This role was published by Bank of Baku and listed via Jooble. Applications are handled there, not on this site.
Original posting: https://jooble.az/vacancies/tecili-is-elani-bank-of-baku-java-developer-qeyri-kredit-mehsullarinin-inkisafina-destek-bolmesinin-eksperti-2189176