İT Texniki

İş şəraiti

Location
Baku
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

📍SAFA Holding

İş şəraiti

İş yeri:  Bakı

İş qrafiki:  Əsasən gecə növbəsi, zərurət yarandıqda gündüz növbəsinə cəlb oluna bilər.

Əməkhaqqı:  800 – 1300 AZN (bilik və təcrübədən asılı olaraq)

Vəzifə öhdəlikləri

Şirkətin avtobuslarında quraşdırılmış CCTV (kamera) sistemlərinə texniki dəstəyin göstərilməsi.

Kamera və DVR sistemlərinin quraşdırılması, sazlanması və test edilməsi.

Kamera, DVR və əlaqəli kabellərin nasazlıqlarının diaqnostikası və aradan qaldırılması.

Nasaz kamera və DVR avadanlıqlarının dəyişdirilməsi.

Avtobuslarda qapı monitorlarının nasazlığı zamanı diaqnostikasının aparılması, monitorların dəyişdirilməsi və təmir üçün aidiyyəti üzrə göndərilməsi.

Kamera görüntülərinin və DVR sistemlərinin düzgün işləməsinə nəzarət.

Yeni avadanlıqların quraşdırılması və mövcud sistemlərə texniki baxışın keçirilməsi.

Görülən texniki işlər barədə qısa hesabatların hazırlanması.

Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər

CCTV kamera və DVR sistemləri üzrə bilik və ya iş təcrübəsi.

Kamera, DVR və şəbəkə kabelləri ilə işləmək bacarığı.

Windows əməliyyat sistemi, kompüter avadanlıqları və lokal şəbəkələr üzrə əsas İT bilikləri.

Elektronika üzrə əsas biliklərə sahib olmaq.

Texniki nasazlıqları operativ müəyyən edib aradan qaldırmaq bacarığı.

Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.

Gecə növbəsində işləməyə hazır olmaq.

Üstünlük hesab olunur

CCTV, DVR və IP kamera sistemləri ilə iş təcrübəsinin olması.

Kamera və DVR sistemləri ilə iş təcrübəsi.

Təklif edirik

Rəsmi əmək müqaviləsi.

Stabil və uzunmüddətli iş mühiti.

Peşəkar inkişaf imkanı.

Əməkhaqqı:  800 – 1300 AZN  (təcrübə və bilik səviyyəsinə uyğun).

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə  “ İT Texniki ’’ qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Əlaqə nömrəsi (012) 430 85 85 , daxili 123, mobil nömrə:  055 500 6776

Apply at the source

This role was published by İş şəraiti and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗