IT Şöbə Müdiri
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Engineering Management
- Posted
Description
Böyüyən komandamıza IT Şöbə Müdiri axtarırıq!
IT infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək peşəkar rəhbər axtarırıq. Əgər liderlik bacarıqlarınız güclüdür və İT sahəsində strateji yanaşmaya maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Əsas vəzifələr:
Biznes və funksional bölmələr üçün IT strategiyalarını hazırlamaq və fəaliyyət planları qurmaq;
İnformasiya təhlükəsizliyinin beynəlxalq IT standart və prosedurlarına uyğunluğuna nəzarət etmək;
IT sistemləri və əməliyyatları üzrə daxili təlimatlar hazırlamaq və yeniləmək;
İstifadəçilərin proqram təminatlarından istifadəsini avtomatlaşdırmaq və biznes bölmələrinə dəstək göstərmək;
Korporativ Helpdesk komandası ilə birlikdə sistemləri yeniləmək və yenidən quraşdırma proseslərini təşkil etmək;
İşçi heyəti üçün IT sistemləri və proqram təminatı üzrə təlim və məsləhət xidmətlərini təşkil etmək;
Yeni ofislər və biznes vahidlərinin açılışı zamanı IT infrastrukturunun qurulmasını təmin etmək;
IT vendorları və outsorsinq tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, təkliflər vermək, problemlər yarandıqda həll yolları təklif etmək;
IT sistemlərin arasıkəsilməz fəaliyyətini təmin etmək;
IT büdcəsini idarə etmək, avadanlıq və işçilər üçün xərcləri izləmək;
IT komanadası və Biznes arasında əlaqələndirici rol oynamaq;
IT layihələrini planlaşdırmaq, izləmək və icrasına nəzarət etmək;
İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizəddən gözləntilər:
İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
IT sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
Server, şəbəkə infrastrukturu, Microsoft mühitləri, virtualizasiya və informasiya təhlükəsizliyi üzrə biliklər;
ITIL4 Foundation, PMP Beynəlxalq Sertifikatlarının olması üstünlükdür;
ISO 27001 və digər beynəlxalq IT standartları haqqında məlumat;
IT təhlükəsizlik sistemləri üzrə başlanğıc biliklər;
Layihələrin və IT vendorlarının idarə olunması təcrübəsi.
Biz nə təklif edirik
Rəqabətli əməkhaqqı;
Nahar və servis təminatı;
Tibbi sığorta;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müraciət etmək üçün CV-nizi "IT Şöbə Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Apply at the source
This role was published by Decoliv and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/decoliv-it-sobe-mudiri-146714