İT biznes analitik
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Product & Project Management
- Posted
- Deadline
Description
İT Biznes Analitik (BA) vəzifəsində minimum 1 il iş təcrübəsi;
Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə bilik və təcrübə;
BRD (Business Requirements Document) sənədinin hazırlanması bacarığı;
Biznes proseslərinin təhlili və BPMN notasiya standartlarına uyğun proses diaqramlarının hazırlanması bacarığı;
Funksional və qeyri-funksional tələblərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
User Story və Acceptance Criteria hazırlanması üzrə biliklər;
Jira və Confluence kimi layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmə bacarığı;
Agile/Scrum metodologiyası üzrə anlayış;
API və sistemlərarası inteqrasiya prinsipləri haqqında ilkin texniki biliklər;
Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
Komanda ilə işləmək və tapşırıqları müstəqil idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri
Biznes tərəfdən daxil olan tələblərin toplanması, təhlili və dəqiqləşdirilməsi;
Biznes tələbləri əsasında BRD sənədlərinin hazırlanması və aktual saxlanılması;
Mövcud biznes proseslərinin araşdırılması, təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması;
Biznes proseslərinin BPMN diaqramları vasitəsilə modelləşdirilməsi;
Biznes tələblərinin funksional tapşırıqlara çevrilməsi və developer komandası üçün aydın şəkildə sənədləşdirilməsi;
User Story, Acceptance Criteria və digər zəruri analitik sənədlərin hazırlanması;
Biznes tərəf, layihə rəhbəri, proqramçılar və test komandası arasında effektiv kommunikasiyanın təmin edilməsi;
Hazırlanmış funksionallığın biznes tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə ilkin funksional testlərin həyata keçirilməsi;
İnkişaf prosesi zamanı yaranan sualların cavablandırılması və tələblərin dəqiqləşdirilməsi;
Layihə üzrə görüşlərdə, sprint planlama və digər Agile/Scrum proseslərində iştirak;
Tələblərdə baş verən dəyişikliklərin izlənilməsi və müvafiq sənədlərin yenilənməsi.
Üstünlük hesab olunur
İT layihələrinin hazırlanması və tətbiqi proseslərində iştirak təcrübəsi;
REST API və Postman ilə işləmə üzrə ilkin biliklər;
İş şəraiti:
Həftəlik tam iş qrafiki – 09:00-18:00
Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Apply at the source
This role was published by Ultra Technologies and listed via JobSite.az. Applications are handled there, not on this site.
Original posting: https://jobsite.az/vakansiya-is-elani/it-biznes-analitik-32982