Find your next opportunity

Newest first

İstifadəçi təcrübəsi və dizayn ekspert mərkəzinə UX araşdırmaçı

ABB

Location
Not specified
Employment
Full-time
Category
Design & UX
Posted

Description

Görəcəyiniz işlər:

Məhsul sahibi və dizayn komandası ilə birlikdə tədqiqat məqsədlərini və suallarını müəyyənləşdirmək;

Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından (anketlər, istifadəçi müsahibələri, fokus qrupları və s.) istifadə etməklə istifadəçilərin ehtiyaclarını, davranışlarını və qarşılaşdıqları problemləri öyrənmək;

İstifadəyə yararlılıq testlərini (Usability Testing) planlaşdırmaq, həyata keçirmək və nəticələrini təhlil etmək;

Fərziyyələrin yoxlanılması və A/B testlərinin hazırlanmasında, eləcə də nəticələrinin təhlilində iştirak etmək;

CJM (Customer Journey Map), User Flow, Mind Map, Task Analysis və İnformasiya Arxitekturası kimi tədqiqat alətlərindən istifadə etmək;

Google Analytics, Hotjar, Mixpanel və digər analitik alətlər vasitəsilə istifadəçi davranışlarını təhlil etmək;

İstifadəçilərdən daxil olan rəyləri təhlil etmək və məhsulun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr vermək;

Tədqiqat nəticələrini və əldə olunan əsas məlumatları (insight-ları) dizayn və məhsul komandalarına anlaşıqlı formada təqdim etmək;

Dizayn sprintlərində və məhsulun inkişafı prosesində iştirak etmək;

Rəqəmsal məhsul komandası ilə fəal əməkdaşlıq etmək və effektiv kommunikasiya qurmaq;

Tədqiqat məlumat bazasının (Research Repository) yaradılması və idarə olunmasında iştirak etmək;

Agile və digər iş proseslərinə uyğun olaraq tədqiqat fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.

Bizim üçün uyğun namizəd:

Ali təhsilə;

Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən, rus dili biliyinə (üstünlükdür);

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə;

Analitik alətlər (Google Analytics, Hotjar, Mixpanel, Amplitude) və tədqiqat alətləri (Figma, Miro, Maze) üzrə yaxşı biliklərə;

Kəmiyyət və keyfiyyət tədqiqat metodları (anketlər, fokus qrupları, istifadəçi müsahibələri və s.) üzrə bilik və təcrübəyə;

İstifadəyə yararlılıq testlərinin planlaşdırılması, həyata keçirilməsi və təhlili üzrə təcrübəyə;

A/B testlərinin aparılması və fərziyyələrin yoxlanılması üzrə təcrübəyə;

Dizayn komandaları və məhsul sahibləri ilə işləmək bacarığına;

Komandada işləmək bacarığına;

Müştəriyönümlü düşüncə tərzinə;

Effektiv ünsiyyət qurmaq bacarığına;

Təqdimat bacarığına;

Analitik düşünmə qabiliyyətinə sahib olan şəxsdir.

Apply at the source

This role was published by ABB and listed via HelloJob.az. Applications are handled there, not on this site.

View & apply on hellojob.az ↗