iOS Developer (Middle/Senior)
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Mobile
- Posted
Description
Vəzifə öhdəlikləri:
iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və
dəstəklənməsi;
Daxili və xarici istifadə üçün iOS SDK və
framework-lərinin hazırlanması;
SDK-lar üçün sadə, stabil, istifadəsi
rahat və yaxşı sənədləşdirilmiş public API-lərin dizayn edilməsi;
Tətbiqlərdə və SDK-larda məlumat təhlükəsizliyinin və şifrələmənin təmin
edilməsi;
Biznes analitika (BA), dizayn, backend, DevOps, informasiya
təhlükəsizliyi (InfoSec) və QA komandaları ilə əməkdaşlıq edərək yeni funksionallıqların
hazırlanması;
Mövcud kodun keyfiyyətinin, performansının və stabilliyinin
artırılması;
Code Review proseslərində və texniki qərarların qəbulunda
iştirak.
Tələb olunan bilik və bacarıqlar:
iOS development sahəsində 1–4 il kommersiya təcrübəsi;
Swift proqramlaşdırma dilini yaxşı bilmək;
Həm
UIKit, həm də SwiftUI ilə praktiki işləmə təcrübəsi;
Müasir concurrency
yanaşmaları üzrə bilik: async/await, Task, Actor, Structured Concurrency;
Klassik multithreading yanaşmaları üzrə bilik: GCD, OperationQueue, Thread və lock
mexanizmləri;
Race condition və deadlock kimi çoxaxınlı proqramlaşdırma
problemlərini anlamaq və həll edə bilmək;
SDK və ya təkrar istifadə
olunan (reusable) framework-lərin hazırlanması üzrə təcrübə;
Mobil tətbiq
təhlükəsizliyinin əsaslarını bilmək, o cümlədən Keychain, həssas məlumatların təhlükəsiz saxlanılması və SSL
Pinning;
Şifrələmə və hash alqoritmləri üzrə biliklər: AES, RSA, SHA və
CryptoKit və ya CommonCrypto ilə işləmə təcrübəsi;
MVVM, Clean
Architecture kimi arxitektura yanaşmaları üzrə bilik;
RESTful API və JSON
ilə işləmə bacarığı;
Yaddaşın idarə olunması (ARC, retain cycle)
prinsiplərini anlamaq;
Unit testlərin yazılması üzrə təcrübə (XCTest və
ya Swift Testing);
Git ilə işləmə bacarığı;
SOLID prinsiplərini bilmək və oxunaqlı, təmiz kod yazmaq bacarığı.
Üstünlük hesab olunur
XCFramework hazırlanması və SDK-ların Swift Package Manager vasitəsilə yayımlanması
üzrə təcrübə;
SDK-larda versiyalama və geriyə uyğunluğun (backward
compatibility) təmin edilməsi üzrə təcrübə;
OWASP Mobile Top 10 və
tətbiqlərin reverse engineering-dən qorunması üsulları üzrə bilik;
Jailbreak aşkarlanması və kod obfuskasiyası ilə iş təcrübəsi;
Combine ilə işləmə təcrübəsi;
UI testlərin
yazılması (XCUITest) üzrə təcrübə;
CI/CD alətləri (Fastlane, GitHub
Actions və s.) ilə iş təcrübəsi;
Instruments vasitəsilə performans
analizinin aparılması üzrə təcrübə;
Texniki sənədləri oxumaq üçün ingilis
dili biliyi.
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə
bilərlər.
Apply at the source
This role was published by AzInTelecom and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/ios-developer-middlesenior-eAXtMq