İnformasiya texnologiyaları üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
- Deadline
Description
Vəzifə öhdəlikləri
Şirkətin daxili İT infrastrukturunun, kompüterlərin, serverlərin və şəbəkə
sistemlərinin idarə olunması və texniki dəstəyinin təmin edilməsi;
Windows əməliyyat sistemlərinin və Microsoft 365 platformalarının quraşdırılması, sazlanması
və idarə olunması;
Şirkətin LAN, WAN, VPN və Wi-Fi şəbəkələrinin
qurulması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
Zəif axın
və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə İT və şəbəkə həllərinin hazırlanması və
tətbiqi;
Layihə obyektlərində şəbəkə infrastrukturunun qurulması, IP
ünvanlama planlarının hazırlanması və şəbəkə avadanlıqlarının sazlanması;
CCTV, IP videomüşahidə, NVR/DVR, Access Control, IP telefoniya və digər zəif axın
sistemlərinin şəbəkəyə inteqrasiyası və konfiqurasiyası;
Strukturlaşdırılmış Kabel Sistemləri (SCS), LAN və Fiber Optik şəbəkə infrastrukturu üzrə
texniki işlərin həyata keçirilməsi;
Layihələr çərçivəsində quraşdırılan
İT və şəbəkə avadanlıqlarının test edilməsi, sazlanması və istismara verilməsi;
Layihələr üçün texniki tələblərə uyğun İT və şəbəkə avadanlıqlarının seçilməsində iştirak
edilməsi;
Texniki sənədlərin, şəbəkə sxemlərinin, IP ünvanlama
planlarının və avadanlıq siyahılarının hazırlanması;
Layihə obyektlərində
yaranan texniki problemlərin operativ şəkildə aşkarlanması və aradan qaldırılması;
Şirkət əməkdaşlarına texniki dəstəyin göstərilməsi və daxil olan müraciətlərin
cavablandırılması;
Antivirus, Firewall, məlumatların ehtiyat nüsxələnməsi
(Backup) və informasiya təhlükəsizliyi sistemlərinə nəzarət edilməsi;
İT
avadanlıqlarının, proqram təminatlarının və lisenziyaların uçotunun aparılması.
Namizədə dair tələblər
İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya
orta ixtisas təhsili;
İT sahəsində minimum 2 il iş
təcrübəsi;
Şəbəkə sistemlərinin qurulması, konfiqurasiyası və texniki
dəstəyi üzrə praktiki biliklər;
Active Directory və Microsoft 365 üzrə
biliklər;
TCP/IP, VLAN, Routing, Switching, DHCP, DNS və VPN
texnologiyaları üzrə biliklər;
MikroTik, Cisco, Fortinet və ya digər
şəbəkə avadanlıqları ilə işləmək bacarığı;
CCTV, IP kameralar, NVR/DVR və
Access Control sistemlərinin iş prinsipləri və şəbəkəyə inteqrasiyası üzrə biliklər;
PoE texnologiyası, UTP/FTP və Fiber Optik kabel infrastrukturu üzrə
biliklər;
Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) üzrə bilik və
praktiki bacarıqlar;
İT avadanlıqlarının quraşdırılması, sazlanması və
texniki problemlərin aradan qaldırılması bacarığı;
Texniki sənədləri
ingilis dilində oxuma və anlama bacarığı;
Analitik düşüncə, operativ
qərarvermə və problemlərin həlli bacarığı;
Komandada işləmək və layihə
heyəti ilə koordinasiyanı təmin etmək bacarığı;
Layihə obyektlərində
texniki işlərin həyata keçirilməsinə və ezamiyyətlərə hazır olmaq.
Üstünlüklər
Hikvision, Dahua, ZKTeco, Suprema və
digər təhlükəsizlik sistemləri istehsalçılarının avadanlıqları ilə iş təcrübəsi;
Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə iştirak
təcrübəsi;
Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) və Fiber Optik
sistemlər üzrə sertifikatların olması;
İş şəraiti
İş yeri: Bakı şəhəri;
5 günlük iş
həftəsi;
Əmək haqqı: 1000-1500 Azn (namizədin bilik, bacarıq və
təcrübəsinə əsasən təyin olunacaqdır)
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “ İnformasiya Texnologiyaları üzrə
mütəxəssis ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt
ünvanına göndərilməsi xahiş olunur.
Apply at the source
This role was published by Stark Technology MMC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/informasiya-texnologiyalari-uzre-mutexessis-3Nbnuh