Helpdesk Mütəxəssisi

DataLead Consulting

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və operativ şəkildə həll edilməsi.

Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyin göstərilməsi.

Windows Server mühitində əsas inzibatçılıq işləri üzrə ilkin biliklərə malik olmaq və Sistem Administratorunun nəzarəti altında icra etmək.

Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması, istifadəçi hüquqlarının idarə olunması və kompüterlərin domenə qoşulması.

Microsoft Office paketinin (Word, Excel, Outlook, PowerPoint və s.) quraşdırılması və dəstəklənməsi.

Outlook, Exchange və ya Microsoft 365 poçt hesablarının sazlanması və istifadəçilərə texniki dəstək göstərilməsi.

Kompüter, noutbuk, printer, skaner və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və nasazlıqlarının aradan qaldırılması.

Printerlərin şəbəkəyə qoşulması, paylaşılması və istifadəçi kompüterlərində sazlanması.

TCP/IP, LAN, Wi-Fi və lokal şəbəkə bağlantıları ilə bağlı ilkin problemlərin diaqnostikası və aradan qaldırılması.

Antivirus proqramlarının quraşdırılması, yenilənməsi və nəzarətdə saxlanılması.

AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan idarəetmə vasitələri ilə istifadəçilərə texniki dəstək göstərilməsi.

Yeni işçilər üçün kompüterlərin hazırlanması, proqram təminatının quraşdırılması və iş mühitinin konfiqurasiyası.

İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki sənədləşdirilməsində iştirak etmək.

Sistem Administratoru tərəfindən verilən tapşırıqların icrasında iştirak etmək və eskalasiya olunan problemlərin həllinə dəstək göstərmək.

İstifadəçi məmnuniyyətini təmin etmək məqsədilə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə icra olunmasını təmin etmək

Apply at the source

This role was published by DataLead Consulting and listed via Careera. Applications are handled there, not on this site.

View & apply on careera.az ↗