Frontend Developer Intern

PMIS MMC

Location
Not specified
Employment
Full-time
Level
Student
Category
Frontend
Posted

Description

PMIS MMC olaraq, karyerasına peşəkar komandada start vermək və proqramlaşdırma

sahəsində inkişaf etmək istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan

edirik!

İş formatı: Tam ştat (Təcrübə proqramı)

Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç. 102A, City Point İş

Mərkəzi (AZ1022)

Vəzifə öhdəlikləri

Mentorun rəhbərliyi altında real layihələrin hazırlanmasında iştirak

etmək;

React.js və Next.js istifadə edərək yeni funksionallıqlar

hazırlamaq;

Backend komandası ilə əməkdaşlıq edərək API inteqrasiyalarını

həyata keçirmək;

Mövcud tətbiqlərin inkişafı, optimallaşdırılması və

bug-ların aradan qaldırılmasında iştirak etmək;

Git və AI əsaslı inkişaf

alətlərindən (Claude, Codex və s.) istifadə etməklə proqram təminatının hazırlanmasına dəstək

olmaq.

Namizədə qarşı tələblər

Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqədar ixtisas üzrə təhsil

alan və ya yeni məzun olmuş namizədlər;

React.js və Next.js üzrə əsas

biliklər;

HTML, CSS və JavaScript/TypeScript üzrə ilkin

biliklər;

Git ilə işləmə bacarığı;

Öyrənməyə həvəsli, məsuliyyətli və komanda ilə işləmək bacarığı;

Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili biliyi üstünlükdür.

Biz nə təklif edirik

Real kommersiya layihələrində praktiki iş təcrübəsi;

Təcrübəli mentorlarla birbaşa işləmək imkanı;

Müasir proqramlaşdırma yanaşmaları və AI alətləri ilə işləmək;

Uğurlu namizədlər üçün təcrübə proqramından sonra daimi iş imkanı;

Rahat və peşəkar iş mühiti.

CV-nizi və varsa GitHub hesabınızı , portfolio və ya layihələrinizi mövzu

hissəsində "Frontend Developer Intern" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron

poçt ünvanına göndərin.

Apply at the source

This role was published by PMIS MMC and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗