Backend Developer Intern (Java / Spring Boot və ya NestJS)

PMIS MMC

JavaSpring

Location
Not specified
Employment
Internship
Level
Student
Category
Backend
Posted

Description

PMIS MMC olaraq, karyerasına peşəkar komandada start vermək və proqramlaşdırma sahəsində inkişaf etmək istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!

İş formatı: Tam ştat (Təcrübə proqramı)

Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç. 102A, City Point İş Mərkəzi (AZ1022)

Vəzifə öhdəlikləri

Mentorun rəhbərliyi altında backend sistemlərinin hazırlanmasında iştirak etmək;

Java (Spring Boot) və ya NestJS istifadə edərək REST API-lərin hazırlanmasına dəstək olmaq;

Verilənlər bazası ilə işləmək və mövcud funksionallığı inkişaf etdirmək;

Bug-ların aradan qaldırılması və kodun optimallaşdırılmasında iştirak etmək;

Git və AI əsaslı inkişaf alətlərindən (Claude, Codex və s.) istifadə etməklə proqram təminatının hazırlanmasına dəstək olmaq.

Namizədə qarşı tələblər

Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqədar ixtisas üzrə təhsil alan və ya yeni məzun olmuş namizədlər;

Java (Spring Boot üstünlükdür) və ya NestJS üzrə əsas biliklər;

OOP və REST API anlayışı;

SQL verilənlər bazaları ilə işləməyin əsaslarını bilmək;

Git ilə işləmə bacarığı;

Analitik düşüncə, məsuliyyətli və öyrənməyə həvəsli;

Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili biliyi üstünlükdür.

Biz nə təklif edirik

Real kommersiya layihələrində praktiki iş təcrübəsi;

Təcrübəli mentorlarla işləmək imkanı;

Müasir backend texnologiyaları və AI alətləri ilə işləmək;

Uğurlu namizədlər üçün staj proqramından sonra daimi iş imkanı;

Rahat və peşəkar iş mühiti.

CV-nizi və varsa GitHub hesabınızı , portfolio və ya layihələrinizi mövzu hissəsində "Backend Developer Intern" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Apply at the source

This role was published by PMIS MMC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗