Front-End Developer Intern
- Location
- Remote
- Employment
- Internship
- Level
- Student
- Category
- Frontend
- Posted
Description
📍 CoThink
Mükafatı olan rəsmi layihədə təcrübə axtarırsan? Elə isə biz də səni axtarırıq! 🎉
Biz veb texnologiyalarına həvəsli namizədlər üçün Front-End Developer Intern proqramı elan edirik! ✨️
Bu, real startap mühitində, müasir veb interfeyslərinin və real layihələrin sıfırdan qurulması prosesində iştirak edərək praktiki təcrübə qazanmaq fürsətidir. 🎖
💡 CoThink nədir?
CoThink, tələbələrin öyrənmə prosesini daha interaktiv, əlçatan və motivasiyaedici hala gətirməyi hədəfləyən EdTech layihəsidir. MVP olaraq ilk çıxışımızı artıq etmişik.
IDDA dəstəyi ilə keçirilən ASSIP Hackathonunda inkubasiya mərhələsində 3-cü yerə layiq görülərək 4500 manat mükafat əldə etdik 🏆
📌 Proqram haqqında məlumat
- Proqram ödənişsizdir
- Təcrübə prosesi uzaqdan (remote) olaraq keçiriləcək
- Təcrübə real istifadəçiləri olan startap layihəsi üzərində aparılacaq
- Programın sonunda qiymətləndirmə nəticəsində seçilən tələbələr əsas komandanın bir hissəsinə çevrilmə şansı əldə edəcək
🎯 Axtardığımız namizəd (Texniki Tələblər):
✅ JavaScript (ES6+) üzrə təməl biliklər və təmiz kod (Clean Code) yazmaq bacarığı;
✅ React.js Ekosistemi: React Hooks, Redux və komponent əsaslı arxitektura anlayışı;
✅ TypeScript üzrə statik tipləmə bilikləri (olması arzuolunandır);
✅ UI & Styling: Tailwind CSS və ya Bootstrap ilə responsiv (mobil-dostu) və Pixel-perfect interfeyslərin yığılması;
✅ Backend İnteqrasiyası: RESTful API-lar ilə işləmək, asinxron sorğular (Axios/Fetch) göndərmək təcrübəsi;
✅ NPM/Yarn paketləri və ehtiyaca uyğun müxtəlif UI/UX kitabxanaları ilə işləmək bacarığı;
✅ Versiya Nəzarəti: Git və GitHub üzərindən kod versiyalanması (branching, PR) və komanda ilə birgə işləmə bacarığı;
✅ Detallara diqqətlilik, analitik düşüncə və problemlərə həll yönümlü yanaşma.
🎁 Proqramın sonunda sənə nə vəd edirik?
✔ Sıfırdan yığılan real startup layihəsində iştirak edərək güclü təcrübə və portfel
✔ Mütəmadi "code review"lar və təcrübəli mentorlardan birbaşa dəstək
✔ Sərbəst, yeniliklərə tam açıq və səmimi iş mühiti
✔ Uğurlu nəticə halında komandaya daxil olmaq imkanı
📩 Müraciət üçün:
CV-nizi və GitHub profilinizi (və ya hazırladığınız kiçik layihələrin linklərini) mövzu hissəsində "Intern Front-End Developer - [Adın və Soyadın]" qeyd edərək " careers.cothinkaz@gmail.com " ünvanına göndərə bilərsiniz.
Biliklərinlə təhsil dünyasında iz qoymağa hazırsansa, biz səni gözləyirik! ✨
Apply at the source
This role was published by CoThink and listed via Work.az. Applications are handled there, not on this site.
Original posting: https://www.work.az/vakansiyalar/front-end-developer-intern-1