Ərazi təftişi üzrə kiçik mütəxəssis (Məzun işə qəbul proqramı)
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Junior specialist
- Category
- Other Tech
- Posted
Description
“Yeni məzunlar üçün karyera imkanı!”
Maliyyə, mühasibatlıq və iqtisadiyyat ixtisasları üzrə yeni məzunsunuzsa karyeranıza dinamik mühitində başlamaq istəyirsinizsə, Sirab Satış və Dağıtım MMC-nin Təftiş komandasına qoşulun!
Öhtəliklər:
Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması
Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının tətbiqinin yoxlanması
Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması
Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi
Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması
Əsas tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
MS Office proqramları anlayışı;
Azərbaycan dilini əla səviyyədə bilmək;
Rəqəmlərlə işləmə və analitik düşünmə bacarığı;
Diqqətli, məsuliyyətli və detallara yönümlü olmaq;
Komandada işləmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması üstünlükdür;
ACCA F3/F7 və ya digər müvafiq maliyyə və mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
İş vaxtının norması:
5 günlük iş rejimi;
Saat - 09:00/18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri:
Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Ərazi təftişi üzrə kiçik mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 099 900 35 89
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Apply at the source
This role was published by Sirab Satış və Dağıtım MMC and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/sirab-satis-ve-dagitim-mmc-erazi-teftisi-uzre-kicik-mutexessis-mezun-ise-qebul-proqrami-150732