Elektronika Mühəndisi (Embedded developer)

"Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

  • Elektron sistemlərin və funksional blokların layihələndirilməsi;
  • Embedded sistemlərin proqramlaşdırılması və firmware development;
  • Mikrocontroller əsaslı sistemlərin hazırlanması və proqramlaşdırılması;
  • Uçuş idarəetmə və avionika sistemlərinin layihələndirilməsi və inteqrasiyası;
  • Flight Controllerin hazırlanması, proqramlaşdırılması və test edilməsi;
  • Sensorlar, IMU, GPS/GNSS, barometr, magnetometr və digər elektron komponentlərin inteqrasiyası;
  • Rabitə bloklarının layihələndirilməsi və inteqrasiyası;
  • Radio rabitə, telemetriya və məlumat ötürmə sistemləri ilə işləmək;
  • UART, SPI, I²C, CAN, RS-232/RS-485 və digər kommunikasiya interfeysləri ilə işləmək;
  • PCB sxemlərinin hazırlanması və dizayn prosesində iştirak;
  • Elektron komponentlərin seçilməsi və texniki spesifikasiyaların hazırlanması;
  • Prototiplərin yığılması, bring-up, debugging və funksional testlərin aparılması;
  • Oscilloscope, multimeter, logic analyzer və digər ölçü cihazlarından istifadə etməklə diaqnostika aparmaq;
  • Elektron sistemlərin digər mexaniki, proqram təminatı və idarəetmə sistemləri ilə inteqrasiyası;
  • EMI/EMC və siqnal bütövlüyü ilə bağlı əsas problemlərin müəyyənləşdirilməsi və həllində iştirak;
  • Sahə və laboratoriya testlərinin aparılması, test nəticələrinin analiz edilməsi;
  • Texniki sənədlərin, sxemlərin və firmware versiyalarının idarə olunması;
  • Mövcud elektron sistemlərin optimallaşdırılması və yeni versiyaların hazırlanması.

Requirements

  • Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Embedded Systems və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Elektronika mühəndisliyi və ya əlaqəli texniki sahədə 2 ildən artıq iş təcrübəsi;
  • Embedded Developer / Embedded Engineer kimi iş təcrübəsi;
  • Mikrocontroller əsaslı sistemlərin proqramlaşdırılması üzrə təcrübə;
  • C/C++ proqramlaşdırma dillərində yaxşı səviyyədə bilik;
  • Elektron sxemləri oxuma və analiz etmə bacarığı;
  • Analog və digital elektronikanın əsaslarını üzrə biliklər;
  • PCB və elektron sistemlərin hardware development prosesini başa düşmək;
  • Uçuş idarəetmə kartları və avionika sistemləri ilə iş təcrübəsi;
  • Rabitə və telemetriya bloklarının hazırlanması və ya inteqrasiyası üzrə təcrübə;
  • Sensorların və müxtəlif periferik qurğuların embedded sistemlərə inteqrasiyası;
  • UART, SPI, I²C, CAN və digər kommunikasiya protokolları üzrə bilik;
  • Hardware və firmware debugging bacarığı;
  • Ölçü və test avadanlıqlarından istifadə bacarığı;
  • Texniki sənədləşdirmə və komanda ilə işləmə bacarığı.

Apply at the source

This role was published by "Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗