Data Analitiki

Azercell

Location
Not specified
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

Kross-funksional komandalarla əməkdaşlıq edərək biznes məqsədlərini anlamaq və onları analitik həllərə çevirmək

Business ehtiyaclarına uyğun Tableau üzərində vizual dashboardlar və SAP BusinessObjects üzərində hesabatlar hazırlamaq və onları aktual saxlamaq

Dataya əsaslanaraq analiz aparmaq, fəaliyyətə yönəlik insight-lar yaratmaq və data əsaslı qərarvermə prosesini dəstəkləmək

Əsas biznes metriklərini monitorinq etmək və top menecment üçün dashboardlar hazırlamaq

Business bölmələrindən gələn data analizi və ad hoc sorğulara cavab vermək (məsələn, dealer ödənişlərinin verifikasiyası, regional satış performansı və s.)

Kampaniya, məhsul və təşəbbüslərin performansını real vaxt dashboardları vasitəsilə izləmək

Before/after analizləri, trend monitorinqi və biznes-case qiymətləndirmələri aparmaq

Mürəkkəb telekom data tiplərinin (məsələn, zəng detalları, şəbəkə dataları) analizi üzrə ekspertlik formalaşdırmaq

Platformalar arasında data uyğunluğunu yoxlamaq və etibarlı hesabat metodologiyasını qorumaq

Datanı həftəlik, aylıq və rüblük hesabatlar üçün anlaşılan formata çevirmək

Aylıq/rüblük hesabatların və dealer komissiya hesablamalarının avtomatlaşdırılmasına kömək edərək manuel prosesləri azaltmaq

Business qaydalarını, hesabat məntiqini, transformasiya iş axınlarını və data mapping sənədlərini tərtib etmək

Requirements

Tableau dashboardlarının hazırlanması və SAP BusinessObjects hesabatlarının qurulması üzrə güclü təcrübə

Data çıxarılması və analizi üçün SQL üzrə yüksək bacarıqlar

Əla analitik və problem həll etmə bacarıqları, detallara diqqət

Texniki və qeyri-texniki tərəfdaşlara nəticələri effektiv təqdim etmək üçün güclü kommunikasiya bacarıqları

Telekommunikasiya dataları və sənayeyəxas metriklərlə işləmə təcrübəsi

Biznes tələblərini analitik həllərə çevirmək bacarığı

Data doğrulama (validation) və keyfiyyətə nəzarət proseslərində təcrübə

Hesabatların avtomatlaşdırılması üzrə texnika və alətlər haqqında bilik

Güclü biznes anlayışı və əsas performans göstəricilərinin (KPI) dərk edilməsi

Analitik sənədləşmə yaratmaq və onu davamlı yeniləmək təcrübəsi

Üstünlük verilən tələblər:

Dealer komissiyası və motivasiya hesabat sistemləri ilə işləmə təcrübəsi

BI üzrə sertifikatlar (Tableau, SAP BO sertifikatı)

Statistik analiz metodları və alətləri haqqında bilik

Data idarəetmə (data governance) çərçivələri və metadata menecmenti ilə təcrübə

Karmaşık formul və makrolar daxil olmaqla inkişaf etmiş Excelbacarıqları

Müraciət üçün (CV) : https://careers.azercell.com/job/Baku-Data-Analitiki-Data-Analyst/1348089457/

Apply at the source

This role was published by Azercell and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗