Data Analitika və digər modullar üzrə Təlimçi
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
İNNAB Business School komandamıza Data Analitika sahəsində, eləcə də uyğunluğuna görə SQL, Power BI, Python, Statistika, Excel və digər modullar üzrə dərs deyə biləcək təcrübəli təlimçi axtarır.
Namizəd qeyd olunan modullardan ən azı birində peşəkar səviyyədə dərs keçə bilirsə, müraciət edə bilər.
Namizədə tələblər:
Data Analitika sahəsində ümumi və praktiki iş təcrübəsi;
Excel, SQL, Power BI, Python, Statistika və digər müvafiq alətlərdən hər hansı biri üzrə bilik və praktiki bacarıq;
Data analizi və vizuallaşdırma bacarığı;
Real layihələr üzrə iş təcrübəsi;
Təlimçilik və ya mentorluq təcrübəsi;
Mövzuları tələbələrə aydın, sistemli və praktik şəkildə izah etmək bacarığı;
Dərslər gündüz saatlarında keçiriləcək. Gündüz saatlarında dərslərdə iştirak etmək mütləqdir.
Əmək haqqı:
Razılaşma yolu ilə. Digər iş şərtləri görüş zamanı müzakirə olunacaq.
CV-nizi mövzu hissəsində tədris edə biləcəyiniz istiqaməti qeyd etməklə (məs: "SQL Təlimçisi", "Power BI Təlimçisi") Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Məsələn: Excel, SQL, Power BI, Python, Statistika və s.
Təcrübənizə və biliklərinizə uyğun modul üzrə komandamıza qoşulmaq üçün müraciətinizi gözləyirik!
Apply at the source
This role was published by INNAB and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/innab-data-analitika-ve-diger-modullar-uzre-telimci-150335