Data Analitik (Elektron Kommersiya)

Kontakt Home

Location
Baku
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

  • Onlayn satışların əsas göstəricilərinin hesablanması: satış həcmi, gəlir, orta çek, marjinallıq, qaytarmalar, bir sifarişin gəlirliliyi;
  • Trafikdən ödənilmiş sifarişə qədər olan yolun izlənməsi, harada müştəri itirdiyimizin tapılması və komandalara hazır təkliflərlə gəlməsi;
  • İstifadəçilərin saytda və tətbiqdə davranışının öyrənılməsi: axtarış, kataloq, tərk edilmiş səbətlər, ödəniş prosesinin hər addımı;
  • Komandalar üçün dashboard-ların hazırlanması və onların yenilənməsi, gündəlik sorğulara cavab verilməsi;
  • Endirim, aksiya və reklam kampaniyalarının nəticəsinin ölçülməsi, hansı kanalın nə qədər gəlir gətirdiyinin hesablanması;
  • Müştərilərin təkrar alışlarının, saxlanma səviyyəsinin və uzunmüddətli dəyərinin təhlil edilməsi, bazanın seqmentlərə bölünməsi;
  • Product komandası ilə A/B testlərin qurulması, nəticələrin hesablanması və konkret qərara gətirib çıxarılması;
  • Saytda və tətbiqdə hansı məlumatların toplanmasına dair tapşırıqların verılməsi, məlumatların düzgünlüyünə nəzarət edilməsi.

Requirements

Analitikada ən azı 2 il təcrübə, onlayn satışlarla iş təcrübəsi mütləqdir;

Bu göstəriciləri nəzəri yox, real işdə hesablamış olmalısınız;

Yaxşı SQL bilikləri: mürəkkəb sorğular, window funksiyaları, böyük cədvəllərlə iş Python (pandas, numpy) — təhlil və təkrarlanan işlərin avtomatlaşdırılması üçün BI alətlərindən biri ilə iş təcrübəsi (Tableau / Power BI / Superset / DataLens);

Statistikanı iş səviyyəsində bilmək: 200 nəfər üzərində aparılan testin nəticə saymadığını anlamaq;

Nəticəni sadə dildə izah etmək və fikrinizi əsaslandırmaq bacarığı;

Üstünlük verilir Sayt və mobil tətbiq analitikası ilə tanış olanlara: GA4, Amplitude, AppMetrica, Firebase

Riteyl və ya marketplace təcrübəsi;

Reklam kanallarının qiymətləndirilməsini başa düşmək;

Data mühəndisləri ilə iş, dbt / Airflow ilə tanışlıq.

Apply at the source

This role was published by Kontakt Home and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗