Biznes Analitik (HRM Proqram təminatı üzrə)

Prosys LLC

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Biznes proseslərinin rəqəmsallaşdırılmasında rol almaq istəyirsiniz?

PROSYS MMC olaraq HRM proqram təminatının inkişafı və tətbiqi layihələrində iştirak edəcək, biznes proseslərini analiz edərək proqram həllərinə çevirə biləcək Biznes Analitik axtarırıq.

Əgər analitik düşüncəyə malik, biznes proseslərini dərindən təhlil etməyi sevən və SQL biliklərinizlə proqram təminatlarının inkişafına töhfə vermək istəyirsinizsə, komandamıza qoşulun!

Sizdən nələri gözləyirik?

Analitik düşüncə tərzi və detallara yüksək diqqət;

Minimum 1 il Biznes Analitik və ya oxşar vəzifədə iş təcrübəsi;

Biznes proseslərinin təhlili, modelləşdirilməsi və optimallaşdırılması sahəsində təcrübə;

Müştəri tələblərinin toplanması, analiz edilməsi və funksional tələblərin hazırlanması bacarığı;

SQL (PL/SQL biliyi üstünlükdür) və verilənlər bazası ilə işləmək bacarığı;

Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması təcrübəsi;

Jira, Balsamiq Wireframes, MS Visio və ya oxşar alətlərlə işləmək bacarığı;

Agile / Scrum metodologiyaları ilə işləmək təcrübəsi;

Komandada işləmək, ünsiyyət və problem həll etmə bacarığı.

Arzuolunandır

HR prosesləri üzrə ümumi bilik;

Əmək qanunvericiliyi və əmək haqqının hesablanması prosesləri barədə məlumat;

Rus və İngilis dili bilikləri.

​​​​​​​Görəcəyiniz işlər

Müştəri tələblərinin toplanması və biznes analizinin aparılması;

Biznes proseslərinin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;

Scrum komandası ilə biznes tələblərinin koordinasiyası;

SQL vasitəsilə məlumatların analizi və sistem davranışının yoxlanılması;

Mövcud funksionallıqların təhlili və funksional spesifikasiyaların hazırlanması;

Proqram təminatının test edilməsi və keyfiyyətə nəzarət;

Məhsulun tətbiqi və tətbiq dəstəyi.

Biz sizə nə təklif edirik?

Rəqabətədavamlı əmək haqqı (bilik və təcrübəyə uyğun);

5 günlük iş həftəsi (09:00–18:00);

Böyükmiqyaslı proqram təminatı layihələrində iştirak imkanı;

Peşəkar inkişaf və karyera yüksəlişi;

Güclü və peşəkar komanda ilə işləmək imkanı.

İş yeri: Bakı, Azərbaycan

İş növü: Tam ştat (Full-time)

Mövzu hissəsində "Biznes Analitik (HRM)" qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Biznes proseslərini rəqəmsal həllərə çevirən komandanın bir hissəsi olun!

Apply at the source

This role was published by Prosys LLC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗