Biznes Analitik (Elektron Sənəd Dövriyyəsi üzrə)

Prosys LLC

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

İş yeri: Bakı, Azərbaycan

İş növü: Tam ştat (full-time)

Sənəd dövriyyəsinin rəqəmsal transformasiyasında rol almağa hazırsınız?

Biz Elektron Sənəd Dövriyyəsi (ESD) üzrə proqram təminatının inkişafı və tətbiqi prosesində Biznes Analitik kimi komandamıza qoşulacaq peşəkar axtarırıq!

Əgər siz analitik düşüncəyə, proseslərin optimallaşdırılması üzrə biliklərə və rəqəmsal həllərlə biznesin inkişafına töhfə vermək istəyinə maliksinizsə, bu fürsəti qaçırmayın!

Sizdən nələri gözləyirik?

Analitik təfəkkürlü və detallara diqqətli olmaq;

Minimum 3 il iş təcrübəsi;

Elektron Sənəd Dövriyyəsi sistemlərinin tətbiqi üzrə layihələrdə təcrübə

Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılmasını bacarmaq;

Komandada işləmə bacarığı və problemlərin həllində yaradıcı yanaşma;

SQL, PL/SQL üzrə bilikləri;

Jira, Balsamiq Wireframes, MS Visio kimi alətlərlə işləmək bacarığı;

Agile və SCRUM metodologiyaları ilə tanışlıq.

Rus və İngilis dilləri bilikləri üstünlükdür

​​​​​​​Görəcəyiniz işlər:

Müştəri tələblərinin toplanması və detallı analizi;

Biznes proseslərin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;

SCRUM komandasına dəqiq və anlaşıqlı tələblərin ötürülməsi;

Mövcud proqram təminatlarının ekspertizasının aparılması və inkişaf təkliflərinin hazırlanması;

Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması;

Proqramçıların gördükləri işləri yoxlayıb təhvil almaq;

Proqram təminatını sınaqdan keçirmək;

Yeni funksionallığın test edilməsi və keyfiyyətə nəzarət;

Məhsulun müştərilərə təqdimatı və tətbiq dəstəyi.

Biz sizə nə təklif edirik?

Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı

Dostyana və dəstəkləyici iş mühiti

Müasir texnologiyalarla işləmək fürsəti

Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı

İş şəraiti

İş qrafiki: 5 günlük iş həftəsi | 09:00 – 18:00

İstirahət günləri: Şənbə və bazar

Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu yerində “Biznes Analitik (ESD)” yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Biznes proseslərin rəqəmsallaşdırılmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!

Apply at the source

This role was published by Prosys LLC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗