Biznes Analitik (Elektron Kommersiya)

Kontakt Home

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Təsvir

Daxili komandaların ehtiyaclarının toplanması və onların konkret tələblərə çevrilməsi;

Mövcud proseslərin təsvir edilməsi, problemli yerlərin tapılması və həll variantlarının təklif edilməsi;

Yeni funksiyalar üçün texniki tapşırıqların hazırlanması: user story-lər, qəbul şərtləri, prosesin sxemi;

Sistemlərin bir-biri ilə əlaqəsinin işlənməsi: sayt və tətbiq, anbar, ERP, ödəniş sistemləri, çatdırılma xidmətləri, CRM;

Proqramçılar, testçilər və product menecerlərlə birlikdə işlənməsi, tapşırığın ilk müzakirədən reliza qədər müşayiət edilməsi;

Hazır funksiyanın qəbul edilməsi və gözlənilən nəticənin verib-vermədiyinin yoxlanılması;

Sənədləşmənin aparılması və yenilənməsi.

Tələblər

Biznes və ya sistem analitikası sahəsində ən azı 1 il təcrübə;

Sayt və ya mobil tətbiq üzrə iş təcrübəsi;

Texniki tapşırıq yazmaq bacarığı: aydın və birmənalı, proqramçının əlavə sual verməyə ehtiyacı qalmayacaq səviyyədə;

Proses sxemlərini qurmaq (BPMN və ya bənzər yanaşma) API-lərin necə işlədiyini anlamaq, REST və JSON ilə tanışlıq;

Əsas SQL bilikləri — məlumatı özünüzün yoxlaya bilməsi üçün Jira, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi;

Fərqli komandalarla danışıq aparmaq və ziddiyyətli istəkləri bir yerə gətirmək bacarığı;

Azərbaycan və rus dilləri — yüksək səviyyədə, ingilis dili — orta səviyyədə

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Kontakt Home and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗