Baş biznes analitik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Rəqəmsal yetkinliyin qiymətləndirilməsində iştirak edilməsi;

Dövlət qurumlarının təklifləri əsasında texnoloji inkişaf meyarlarına uyğunluq dərəcəsinin qiymətləndirilməsini mümkün edən göstəricilərin və nəticələrin daxil olduğu tədbirlər planının hazırlanması;

Dövlət qurumlarının rəqəmsallaşma sahəsi üzrə əsas fəaliyyət göstəricilərinin (KPİ) işlənib hazırlanması və icrasının izlənməsi;

Dövlət qurumları ilə birgə rəqəmsallaşma üzrə yol xəritələrini icrasında Agentlik adından iştirak edilməsi;

Agentliyin sahibi və ya operatoru olduğu Vahid Reyestrin idarə olunması, fəaliyyətinin təmini və təkmilləşdirilməsi, həmçinin Elektron Hökümət İnformasiya Sisteminin (EHİS) təkmilləşdirilməsi prosesində iştirak edilməsi;

Ölkə səviyyəsində rəqəmsal layihələr üzrə konsepsiyanın hazırlanması, biznes proseslərin müəyyən edilməsi, tələblərin formalaşdırılması və təhlillərin aparılmasında iştirak edilməsi;

BPMN, UML və digər metodlarla rəqəmsallaşma proseslərinin diaqramlarının hazırlanması, texniki sənədlərin tərtib edilməsi.

G2G, G2B, G2C biznes modellərinin analiz edilməsi və həll yollarının verilməsi;

Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi;

Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif edilməsi;

Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi, sistem dizaynında daha yaxından iştirak edilməsi;

Verilənlər bazası üzrə sorğuların aparılması, dataları təhlil edilməsi və strateji qərarların qəbuluna dəstək verilməsi;

Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi;

Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllərin təklif edilməsi;

Sistem dizaynı tələblərini müəyyənləşdirilməsi, sistem dizaynında daha yaxından iştirak edilməsi.

Ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);

İxtisas üzrə beynəlxalq sertifikatlar (CBAP, PMI-PBA, TOGAF, IIBA və s.) ;

Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3-5 il iş təcrübəsi;

Fərqli domenlərdə iş təcrübəsi: rəqəmsal dövlət, rəqəmsal bankçılıq, fintech, e-commerce, telekommunikasiya;

Layihələrin başdan sona qədər idarə olunmasında və İT həllərin tətbiqində təcrübə;

BPMN, UML, ArchiMate üzrə peşəkar biliklər;

API inteqrasiyası, REST, SOAP, Webhooks, ETL prinsipləri üzrə dərin anlayış;

SQL, PL/SQL, NoSQL və məlumat analitikası alətləri (Power BI, Tableau) üzrə inkişaf etmiş biliklər;

Sistem dizaynı və kompleks arxitekturaların hazırlanması bacarığı;

BRD, FRD, SRS, Use Case və Texniki Spesifikasiyaların hazırlanması və təsdiqi bacarığı;

Figma, Jira, Confluence, Miro kimi alətlərlə peşəkar səviyyədə işləmə bacarığı;

Agile/Scrum, Waterfall, Kanban və hibrid metodologiyalarda bilik və tətbiq təcrübəsi;

Analitik düşüncə və problem həll etmə qabiliyyəti, böyük məlumatların təhlili və biznes tələblərin çıxarılması;

İstifadəçi tələblərinin toplanması, sənədləşdirilməsi və texniki komandaya tərcüməsi bacarığı;

KPI və proses effektivliyi metriklərini yaratmaq və tətbiq etmək bacarığı;

Güclü yazılı və şifahi ünsiyyət bacarığı; rəhbərlik və stəykholderlərlə effektiv danışıqlar aparmaq;

Azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili – arzuolunan.

Apply at the source

This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗