Backend Proqramçı (PHP / Laravel)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Backend
- Posted
Description
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Backend proqramçı axtarır.
Layihələrimiz — korporativ saytlar, e-commerce platformalar, ERP/CRM sistemləri.
Vəzifə öhdəlikləri:
Veb layihələrin backend hissəsinin hazırlanması və
dəstəklənməsi
Laravel üzərində REST API-ların qurulması və frontend
komandası ilə inteqrasiyası
Verilənlər bazasının layihələndirilməsi,
sorğuların və indekslərin optimallaşdırılması
Ödəniş sistemləri, CRM və
digər xarici servislərlə inteqrasiya
Mövcud layihələrin sürət və
təhlükəsizlik baxımından təkmilləşdirilməsi
Git workflow-da komanda ilə
əməkdaşlıq: branching, kod-review, merge
Tələblər:
PHP (Laravel) üzrə ən azı 3 il təcrübə
OOP, MVC və SOLID prinsipləri üzrə möhkəm biliklər
SQL (MySQL və ya PostgreSQL) üzrə təcrübə
REST API
dizaynı, JSON/XML ilə işləmə bacarığı
Git ilə işləmə bacarığı (branch,
merge, pull request)
Dəqiq, oxunaqlı və optimallaşdırılmış kod yazmaq
bacarığı
Əlavə üstünlük veriləcək qabiliyyətlər:
Docker və CI/CD ilə iş təcrübəsi
Redis,
keşləmə və növbə (queue) sistemləri
React və ya Vue ilə
tanışlıq
Yüksək yüklü layihələrdə iş təcrübəsi
Biz sənə nə təklif edirik:
Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə
görə)
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
rəsmiləşdirmə
Tanınmış brendlərin real layihələri — bir neçə sənaye
sahəsi üzrə
Dinamik və yaradıcı komanda, ideyalarını sərbəst ifadə etmək
imkanı
İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş.,
Badamdar
Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq
imkanı
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by Make Agency and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/backend-proqramci-php-laravel-D7NyYx