Aparıcı İT biznes analitik (Rəqəmsal məhsulların inkişafı)
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Product & Project Management
- Posted
Description
- İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və "DoR" (başlanğıc üçün tələblər) müəyyənləşdirmək;
- İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqları hazırlanmaq və texniki komandaya ötürmək;
- G2G, G2B biznes modellərini anlamaq və həll yolları vermək;
- Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;
- Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
- Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
- Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında iştirak etmək;
- Yeni başlayan əməkdaşlara (təcrübəçilərə) mentorluq etmək.
Requirements
- İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə İT Biznes Analitik kimi minimum 2 (iki) il iş təcrübəsi;
- İngilis dili – Upper Intermediate səviyyəsində bilik (Rus dili arzuolunandır);
- Figma, Jira və Confluence alətləri ilə işləmək üzrə praktiki bacarıqlar;
- Sistem dizayn üzrə biliklərin olması (C4 Modeli): informasiya sistemlərinin Kontekst, Konteyner və Komponent səviyyələrində modelləşdirilməsi, arxitektura quruluşunun və sistemlərarası inteqrasiyaların diaqramlar vasitəsilə sənədləşdirilməsi;
- Məlumat bazası texnologiyaları (relational və non-relational) üzrə yüksək səviyyədə işləmə bacarığı;
- BPMN və UML modelləşdirmə dilləri üzrə biliklər və praktik tətbiq təcrübəsi;
- Camunda platforması vasitəsilə biznes proseslərinin modelləşdirilməsi üzrə yüksək səviyyədə işləmə bacarığı;
- OpenAPI (Swagger) – OAS 3.x standartları üzrə biliklər, API spesifikasiyalarının hazırlanması və təhlili bacarığı;
- BRD, FRD (o cümlədən qeyri-funksional tələblər), SRS və API texniki sənədlərinin hazırlanması üzrə bacarıqlar;
- AI və Generative AI alətlərindən istifadə edərək analiz fəaliyyətlərinin dəstəklənməsi, AI əsaslı funksionallıqlar üzrə ilkin tələblərin formalaşdırılması və AI həllərinin biznes proseslərinə tətbiq imkanlarının müəyyən edilməsi bacarığı üstünlükdür;
- G2C, G2B, G2G domenində İT Biznes Analitik kimi iş təcrübəsi – rəqəmsal xidmətlərin qurulması, biznes proseslərinin analizi və tələblərin toplanması sahəsində praktiki iştirak (üstünlükdür);
- İxtisas üzrə beynəlxalq sertifikatların (IIBA, PMI və s.) olması (üstünlükdür);
- Yüksək səviyyədə analitik düşünmə, sistemli yanaşma və problem həll etmə bacarığı;
- Nəticəyönümlü, öyrənməyə və peşəkar inkişafa açıq olmaq.
Apply at the source
This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Glorri. Applications are handled there, not on this site.
Original posting: https://jobs.glorri.az/vacancies/idda/idda-aparici-it-biznes-analitik-reqemsal-mehsullarin-inkisafi-58343242?isLocal=true