AI Business Specialist
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data Science & ML
- Posted
Description
Biz konkret sahə üzrə mütəxəssis axtarmırıq.
Biz çox güclü düşünən, sürətlə öyrənən və süni intellekt vasitəsilə bilmədiyi işi belə
yüksək səviyyədə həll edə bilən insan axtarırıq.
Bu vəzifənin funksional çərçivəsi yoxdur. Business Development, Business Analysis,
Research, Marketing və Growth istiqamətində müxtəlif problemlərlə işləyəcəksiniz. Bu gün kontent strategiyası
üzərində işləyə bilərsiniz. Sabah yeni biznes ideyasını analiz edə, başqa gün satış prosesini təkmilləşdirə,
təqdimat hazırlaya, research apara və ya yeni bir layihəni təmsil etmək üçün gedib Amerikada təqdimat etməyi
üzərinizə götürə bilərsiniz.
Əsas prinsip sadədir:
Əgər bir işi AI, research və düzgün düşüncə vasitəsilə həll etmək mümkündürsə,
deməli
həmin iş bu vəzifənin öhdəliklərinə daxildir.
Namizəddən nə gözləyirik?
Bizə sadəcə “ChatGPT belə
dedi” deyən insan lazım deyil.
Bizə belə düşünən insan
lazımdır:
Niyə?
Bu nəticəyə necə gəldik?
Başqa variant
varmı?
Hansı fərziyyə səhv ola bilər?
Bunun əksini sübut etmək mümkündürmü?
Daha yaxşı
üsul nədir?
Bunu real dünyada necə yoxlaya bilərik?
Sizdə güclü:
analytical thinking;
critical
reasoning;
research;
comparison;
problem solving;
pattern recognition;
communication bacarıqları
olmalıdır.
AI-nın verdiyi ilk cavabı qəbul etməməli, onu sorğulamalı, yoxlamalı, müqayisə etməli və
daha yaxşı nəticə verməyə məcbur etməlisiniz.
Təcrübə?
0 il ola bilər. Bu bizim üçün problem deyil.
Biz 10 illik təcrübəyə sahib olub eyni düşüncə modelini təkrarlayan namizəddənsə, ilk
dəfə
gördüyü problemi qısa müddətdə anlayıb düzgün həll istiqaməti qura
bilən namizədi üstün tuturuq.
Digər gözləntilər
İngilis dilində sərbəst research aparmaq bacarığı;
Yeni mövzu və texnologiyaları çox sürətli mənimsəmək;
Güclü yazılı və şifahi kommunikasiya;
Təşəbbüskarlıq və liderlik potensialı;
Kamera və
auditoriya qarşısında rahat danışmaq.
Yüksək DİM balı, olimpiada nəticələri, güclü akademik göstəricilər və digər intellektual
nailiyyətlər üstünlük hesab olunur.
Seçim prosesi
Müsahibədə CV-dən daha çox necə düşündüyünüzə baxacağıq.
Namizədə daha əvvəl heç qarşılaşmadığı tapşırıq verilə bilər. Cavabı bilməsi vacib
deyil.
Vacib olan:
düzgün sualları verə bilməsi, problemi anlaya bilməsi, AI-dan düzgün istifadə etməsi
və nəticəyə çata bilməsidir.
İş şəraiti
Tam ştat
Həftədə 5
gün
İş saatı: 10:00–19:00
Biz hər şeyi bilən insan axtarmırıq.
Biz bilmədiyi işi də süni intellekt vasitəsilə həll edə biləcək qədər güclü düşünən zəki
insanlar axtarırıq.
Maaş?
Əgər həqiqətən axtardığımız qədər güclü düşünürsənsə və bacarıqlarını real nəticəyə
çevirə bilsən, istədiyindən də artığını qazana bilərsən. Əmək haqqı namizədin təcrübəsinə deyil, potensialına,
düşüncə səviyyəsinə və ortaya qoyduğu nəticələrə əsasən müəyyən ediləcək və performans əsaslı bonuslarla
tamamlanacaq.
CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “AI Business Specialist” qeyd
edərək Müraciət et düyməsində
qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Apply at the source
This role was published by Honours Academy and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/ai-business-specialist-lxcwH5