Senior .NET Developer

Maliyyə Nazirliyi - Rəqəmsal Maliyyə Mərkəzi

.NET

Location
Not specified
Employment
Full-time
Level
Specialist
Category
Backend
Posted

Description

Backend inkişafı və sistem dizaynı

C# və .NET əsasında backend servis və mikroservislərin hazırlanması və inkişaf etdirilməsi

Mikroservislər arasında REST, gRPC və message broker vasitəsilə təhlükəsiz və dayanıqlı inteqrasiyaların qurulması

Yüksək performanslı, scalable və fault-tolerant sistemlərin dizaynı və implementasiyası

Mürəkkəb biznes məntiqi və böyük həcmli məlumatların emalı üçün uyğun alqoritm və data strukturlarının seçilməsi

Mövcud kod bazasının optimallaşdırılması, refaktorinqi və technical debt-in azaldılması

Yeni servis və modulların Microservices və ya Modular Monolith yanaşması əsasında dizaynında iştirak

Event-driven və asinxron məlumat axınlarının qurulması

Domain modellərinin formalaşdırılması və uyğun hallarda DDD prinsiplərinin tətbiqi

RESTful API-lərin dizaynı, versiyalaşdırılması və sənədləşdirilməsi

Kod keyfiyyəti və komanda işi

Unit və integration test-lərin hazırlanması və test yanaşmalarının təkmilləşdirilməsi

Code review prosesinin aparılması və development standartlarının qorunması

Junior və Middle developer-lərə texniki dəstək və mentorluq göstərilməsi

Texniki tapşırıqların təhlili, qiymətləndirilməsi və implementasiya yanaşmalarının müəyyənləşdirilməsi

Agile/Scrum proseslərində və texniki planlamada aktiv iştirak

Texniki risklərin və technical debt-in müəyyənləşdirilməsi və idarə olunması

Production və əməliyyat prosesləri

Production sistemlərin monitorinqi və yaranan incident-lərin araşdırılması

Log, metric və distributed tracing məlumatları əsasında root cause analysis aparılması

Performans bottleneck-lərinin müəyyənləşdirilməsi və aradan qaldırılması

CI/CD və deployment proseslərinin təkmilləşdirilməsində iştirak

ADR, API sənədləri, C4 və digər arxitektura diaqramlarının hazırlanması

Requirements

Təcrübə və ümumi biliklər

İT, Kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil

Backend development sahəsində minimum 5 il praktiki iş təcrübəsi

C# və .NET ilə real production layihələrində iş təcrübəsi

Analitik düşünmə, problem həll etmə və texniki qərarları əsaslandırma bacarığı

C# və .NET

C# 12 və ya daha yeni versiyalarla praktiki iş təcrübəsi

.NET 8 və ya daha yeni versiyalarla real production təcrübəsi

OOP, SOLID, Clean Code və əsas design pattern-lər üzrə güclü bilik

Collections, Generics, LINQ və əsas data strukturları ilə işləmə bacarığı

Data strukturlarının zaman və yaddaş mürəkkəbliyini qiymətləndirmək bacarığı

Async/await, Task Parallel Library və concurrency prinsipləri üzrə praktiki bilik

Thread safety, synchronization və concurrent collections haqqında anlayış

CLR, memory management və garbage collection mexanizmləri haqqında bilik

Unit və integration test-lərin hazırlanması təcrübəsi

.NET ekosistemi

ASP.NET Core, Web API, Middleware və Dependency Injection ilə enterprise səviyyədə iş təcrübəsi

Entity Framework Core ilə praktiki iş təcrübəsi

LINQ və database sorğularının optimallaşdırılması bacarığı

Authentication və authorization mexanizmləri üzrə bilik

OAuth 2.0, OpenID Connect və JWT ilə işləmə təcrübəsi

OpenAPI/Swagger vasitəsilə API sənədləşməsi təcrübəsi

xUnit, NUnit, Moq və ya oxşar test alətləri ilə işləmə bacarığı

Arxitektura və inteqrasiya

Microservices, Modular Monolith və distributed systems prinsipləri üzrə güclü bilik

Event-driven sistemlərin dizaynı və implementasiyası təcrübəsi

Servislərarası REST və ya gRPC kommunikasiyası ilə iş təcrübəsi

Eventual consistency, idempotency və distributed transaction problemləri haqqında anlayış

Circuit Breaker, Retry, Timeout və Rate Limiting kimi resiliency pattern-ləri ilə iş təcrübəsi

DDD, CQRS və Saga pattern-ləri haqqında bilik

Məlumat bazaları və messaging

PostgreSQL və ya MS SQL Server ilə praktiki iş təcrübəsi

Query optimization, indexing, execution plan və transaction management üzrə bilik

Entity Framework Core ilə performans problemlərini müəyyənləşdirmək və aradan qaldırmaq bacarığı

Apache Kafka və ya RabbitMQ ilə real layihə təcrübəsi

Producer/consumer, retry, dead-letter queue və message delivery semantics haqqında bilik

Redis və cache strategiyaları ilə işləmə təcrübəsi

DevOps və observability

Docker və Kubernetes mühitində praktiki iş təcrübəsi

GitLab CI və ya oxşar CI/CD alətləri ilə işləmə təcrübəsi

OpenTelemetry, Prometheus, Grafana, ELK və ya oxşar observability alətləri ilə iş bacarığı

Serilog və structured logging yanaşmaları haqqında bilik

Log, metric və distributed tracing məlumatları əsasında production problemlərinin diaqnostikası

Production incident-lərin araşdırılması və root cause analysis təcrübəsi

Liderlik və kommunikasiya

Texniki mentorluq və code review təcrübəsi

Arxitektura və sistem dizaynı qərarlarında iştirak

Texniki mövzuları aydın və əsaslandırılmış şəkildə təqdim etmək bacarığı

Technical debt və texniki risklərin idarə olunması təcrübəsi

Komanda daxilində effektiv kommunikasiya və əməkdaşlıq bacarığı

Üstünlük hesab olunur

.NET 10 və müasir C# imkanları ilə iş təcrübəsi

CLR profiling, GC tuning və memory optimization təcrübəsi

Span, Memory, ArrayPool və ValueTask ilə praktiki iş təcrübəsi

BenchmarkDotNet, dotnet-trace, dotnet-counters və ya dotMemory ilə performance profiling təcrübəsi

Yüksək performans tələb edən hallarda allocation-ların azaldılması üzrə təcrübə

Concurrent collections, Channels və lock-free yanaşmalar üzrə dərin bilik

Dapper ilə işləmə təcrübəsi

Event Sourcing arxitekturası üzrə bilik və ya praktiki təcrübə

MassTransit ilə message-based sistemlərin hazırlanması təcrübəsi

Hangfire və ya Quartz.NET ilə background job-ların idarə edilməsi təcrübəsi

Keycloak ilə inteqrasiya təcrübəsi

Oracle, MongoDB və ya digər məlumat bazaları ilə iş təcrübəsi

High-load və ya maliyyə sistemlərində iş təcrübəsi

Apply at the source

This role was published by Maliyyə Nazirliyi - Rəqəmsal Maliyyə Mərkəzi and listed via Hr Rmm Mof.az. Applications are handled there, not on this site.

View & apply on hr-rmm.mof.az ↗