Senior Java Developer

Rəqəmsal Maliyyə Mərkəzi

Java

Location
Not specified
Employment
Full-time
Level
Specialist
Category
Backend
Posted

Description

Backend inkişafı və sistem dizaynı

Java və Spring Boot əsasında backend servis və mikroservislərin hazırlanması və inkişaf etdirilməsi

Yüksək performanslı, scalable və fault-tolerant sistemlərin dizaynı və implementasiyası

Mövcud kod bazasının optimallaşdırılması, refaktorinqi və technical debt-in azaldılması

Yeni servis və modulların arxitekturasının hazırlanmasında iştirak

Event-driven və asinxron məlumat axınlarının qurulması

Domain modellərinin formalaşdırılması və uyğun hallarda DDD prinsiplərinin tətbiqi

RESTful API-lərin dizaynı, versiyalaşdırılması və sənədləşdirilməsi

Kod keyfiyyəti və komanda işi

Unit və integration testlərin hazırlanması və test yanaşmalarının təkmilləşdirilməsi

Code review prosesinin aparılması və development standartlarının qorunması

Junior və Middle developer-lərə texniki dəstək və mentorluq göstərilməsi

Texniki tapşırıqların təhlili, qiymətləndirilməsi və implementasiya yanaşmalarının müəyyənləşdirilməsi

Agile/Scrum proseslərində və texniki planlamada aktiv iştirak

Texniki risklərin və technical debt-in müəyyənləşdirilməsi və idarə olunması

Production və əməliyyat prosesləri

Production sistemlərin monitorinqi və yaranan incident-lərin araşdırılması

Log, metric və distributed tracing məlumatları əsasında root cause analysis aparılması

Performans bottleneck-lərinin müəyyənləşdirilməsi və aradan qaldırılması

CI/CD və deployment proseslərinin təkmilləşdirilməsində iştirak

ADR, API sənədləri və arxitektura diaqramlarının hazırlanması

Requirements

Təcrübə və ümumi biliklər

İT, Kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil

Backend development sahəsində minimum 5 il praktiki iş təcrübəsi

Java və Spring ekosistemi ilə real production layihələrində təcrübə

Analitik düşünmə, problem həll etmə və texniki qərarları əsaslandırma bacarığı

Java və Spring ekosistemi

Java 17 və ya daha yeni versiyalarla praktiki iş təcrübəsi

OOP, SOLID, Clean Code və əsas design pattern-lər üzrə güclü bilik

Multithreading, concurrency və asynchronous processing üzrə praktiki bilik

JVM memory management, Java Memory Model və garbage collection haqqında anlayış

Spring Boot, Spring MVC və Spring Data JPA/Hibernate ilə iş təcrübəsi

Spring Security, OAuth 2.0, OpenID Connect və JWT üzrə bilik

JUnit 5, Mockito və ya oxşar alətlərlə unit və integration test-lərin hazırlanması təcrübəsi

Arxitektura və inteqrasiya

Mikroservis arxitekturası və distributed systems prinsipləri üzrə güclü bilik

Event-driven sistemlərin dizaynı və implementasiyası təcrübəsi

Eventual consistency, idempotency və distributed transaction problemləri haqqında anlayış

Circuit Breaker, Retry, Timeout və Rate Limiting kimi resiliency pattern-ləri ilə iş təcrübəsi

DDD, CQRS və Saga pattern-ləri haqqında bilik

Məlumat bazaları və messaging

PostgreSQL və SQL ilə praktiki iş təcrübəsi

Query optimization, indexing və transaction management üzrə bilik

Apache Kafka və ya oxşar message broker ilə real layihə təcrübəsi

Producer/consumer, partitioning, consumer group və message delivery semantics haqqında bilik

Retry və dead-letter queue mexanizmlərinin tətbiqi təcrübəsi

Redis və cache strategiyaları ilə işləmə təcrübəsi

DevOps və observability

Docker və Kubernetes mühitində praktiki iş təcrübəsi

GitLab CI, Jenkins və ya oxşar CI/CD alətləri ilə işləmə təcrübəsi

Prometheus, Grafana, ELK və ya oxşar observability alətləri ilə iş bacarığı

Log, metric və distributed tracing məlumatları əsasında production problemlərinin diaqnostikası

Production incident-lərin araşdırılması və root cause analysis təcrübəsi

Liderlik və kommunikasiya

Texniki mentorluq və code review təcrübəsi

Arxitektura və sistem dizaynı qərarlarında iştirak

Texniki mövzuları aydın və əsaslandırılmış şəkildə təqdim etmək bacarığı

Technical debt və texniki risklərin idarə olunması təcrübəsi

Komanda daxilində effektiv kommunikasiya və əməkdaşlıq bacarığı

Üstünlük hesab olunur

Java 21 və Virtual Threads ilə praktiki iş təcrübəsi

JVM tuning və garbage collector-ların optimallaşdırılması təcrübəsi

Event Sourcing arxitekturası üzrə bilik və ya praktiki təcrübə

Keycloak ilə inteqrasiya təcrübəsi

OpenTelemetry və distributed tracing alətləri ilə iş təcrübəsi

PostgreSQL partitioning və replication üzrə bilik

High-load və ya maliyyə sistemlərində iş təcrübəsi

Müraciət üçün (CV) : https://hr-rmm.mof.az/vacancies/c649bae8-13b3-4703-aa01-c5d01cc858db

Apply at the source

This role was published by Rəqəmsal Maliyyə Mərkəzi and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗