Senior Java Developer

AYES

Java

Location
Not specified
Employment
Full-time
Level
Specialist
Category
Backend
Posted

Description

Vəzifə öhdəlikləri

Java və Spring Boot texnologiyalarından istifadə edərək etibarlı, yüksək performanslı və genişlənə bilən back-end sistemlərin hazırlanması

REST API-lərin hazırlanması və mövcud sistemlərlə inteqrasiyası

Mövcud layihələrin inkişaf etdirilməsi və yeni funksionallıqların hazırlanması

Texniki həllərin hazırlanmasında və arxitektura qərarlarının verilməsində aktiv iştirak

Kod keyfiyyətinin təmin olunması, code review proseslərində iştirak və best practice-lərin tətbiqi

Junior və Middle developer-lərə texniki dəstək və mentorluq göstərmək

Texniki problemlərin operativ həlli və komandanın inkişafına töhfə vermək

Scrum mühitində sprint planlama və texniki müzakirələrdə iştirak

Layihələrin texniki istiqamətini mərhələli şəkildə üzərinə götürmək və komandanın texniki lideri kimi formalaşmaq

Tələb olunan bilik və təcrübə

Minimum  3 il  Java inkişafı üzrə real iş təcrübəsi

Java və Spring Boot framework-ləri üzrə yaxşı bilik

REST API və mikroservis yanaşması üzrə təcrübə

PostgreSQL və ya digər SQL verilənlər bazaları ilə işləmə bacarığı

Git və code review prosesləri ilə işləmə təcrübəsi

OOP, Design Patterns və Clean Code prinsiplərini yaxşı bilməsi

Angular haqqında baza biliklərinin olması  üstünlükdür

Docker və CI/CD haqqında ilkin biliklər  üstünlükdür

Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili

Biz kim axtarırıq?

Bizə sadəcə tapşırıq icra edən developer yox, məsuliyyət götürən və gələcəkdə komandanın texniki liderinə çevrilə biləcək biri lazımdır.

Namizəddən gözləntilərimiz:

Problemlərə sahib çıxan və həll yolları təklif edən

Komandanın texniki inkişafına töhfə verən

Junior developer-ləri istiqamətləndirə bilən

Yeni texnologiyaları öyrənməyə açıq olan

Məsuliyyətli, sistemli və nəticəyönümlü düşünən

Vaxt keçdikcə layihələrin texniki idarəçiliyini üzərinə götürə biləcək

İş şərtləri

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–17:00

Əmək müqaviləsi: Rəsmi

Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək

Biz nə təklif edirik?

Real və maraqlı layihələrdə iştirak

Süni intellekt, ERP, CRM və inteqrasiya layihələri üzərində işləmək imkanı

Peşəkar və inkişafyönümlü komanda

Texniki qərarlarda söz sahibi olmaq imkanı

Karyera inkişafı və texniki lider kimi formalaşmaq üçün geniş perspektiv

Maraqlanan namizədlər   Müraciət et   düyməsi vasitəsilə CV-lərini göndərə bilərlər.

Apply at the source

This role was published by AYES and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗