Product Owner

Apar (Bike-Sharing Startup)

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

İnkişaf etməkdə olan rəqəmsal məhsulumuzun böyüməsinə töhfə vermək və məhsulun inkişafında aktiv rol almaq istəyən təşəbbüskar Product Owner axtarırıq.

Əsas vəzifələr:

Məhsul strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;

İstifadəçi ehtiyaclarını və biznes tələblərini analiz edərək məhsul tələblərini formalaşdırmaq;

Product Backlog-u idarə etmək, tapşırıqları prioritetləşdirmək və Product Roadmap-in hazırlanmasında iştirak etmək;

User Story, Acceptance Criteria, proses axınları (Flow) və texniki tapşırıqlar hazırlamaq;

Development komandası ilə sıx əməkdaşlıq edərək funksionallıqların düzgün icrasını təmin etmək;

Məhsul metrikalarını izləmək, təhlil etmək və inkişaf imkanları üzrə təkliflər hazırlamaq;

UX/UI prinsiplərini nəzərə alaraq istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;

Marketing, Customer Support, Operations və digər daxili komandalar, eləcə də vendorlarla effektiv əməkdaşlıq qurmaq;

Məhsulun inkişaf prosesini koordinasiya etmək və layihələrin vaxtında icrasına dəstək vermək;

Bazarı, rəqibləri və istifadəçi davranışlarını təhlil edərək məhsulun inkişafı üçün yeni imkanlar və təşəbbüslər irəli sürmək.

Tələblər:

Məhsul idarəçiliyi, biznes analitikası və ya rəqəmsal məhsullar sahəsində 2–3 il iş təcrübəsi;

Mobil tətbiq, marketplace, fintech, mobility və ya digər rəqəmsal məhsullarla iş təcrübəsi;

İstifadəçi ehtiyaclarını analiz etmək, məhsul tələblərini formalaşdırmaq və texniki komandaya aydın şəkildə çatdırmaq bacarığı;

Product Backlog-un idarə olunması, prioritetləndirmə və Product Roadmap üzrə iş təcrübəsi;

User Story, Acceptance Criteria, Flow və texniki tapşırıqların hazırlanması üzrə bilik;

Mobil tətbiqlərin UX/UI prinsipləri barədə anlayış;

API inteqrasiyaları barədə ümumi anlayış;

Məhsul metrikalarını təhlil etmək və data əsaslı qərarların qəbulunda iştirak etmək bacarığı;

Güclü analitik düşüncə və effektiv kommunikasiya bacarığı;

Dəyişən prioritetlərə çevik uyğunlaşmaq, təşəbbüskar olmaq və məsuliyyət götürmək bacarığı;

Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;

Məsuliyyətli, nəticəyönümlü və detallara diqqətli olmaq.

İş şəraiti:

5 günlük iş qrafiki;

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;

Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulun inkişafında iştirak etmək imkanı;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Product Owner" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Apply at the source

This role was published by Apar (Bike-Sharing Startup) and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗