Məhsul meneceri / Product Manager
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Product & Project Management
- Posted
Description
Times Consulting 20 ilə yaxındır ki, reklam və marketinq sahəsində fəaliyyət göstərən, müştərilərinə indoor və outdoor reklam həlləri təqdim edən dinamik şirkətdir. Şirkətin satış fəaliyyətinin inkişafı, yeni korporativ müştərilərin cəlb edilməsi və satış komandasının effektiv idarə olunması məqsədilə təcrübəli Məhsul meneceri / Product Manager axtarılır.
Vəzifə öhdəlikləri
Ticarət mərkəzləri, məkanlar və tərəfdaşlarla məlumatların alınması və yenilənməsi üzrə ünsiyyət
Ziyarətçi statistikasının toplanması və mütəmadi yenilənməsi (avtodayanacaq, uşaq otaqları, giriş qrupları, food-court, eskalator, lift və s.)
Trafikin, mövsümiliyin və ziyarətçi portretinin təhlili
Satış şöbəsi üçün analitik materialların, təqdimatların və dashboard-ların hazırlanması
Aydın arqumentlər, müqayisəli cədvəllər və dəyər təklifləri əsasında satış alətlərinin formalaşdırılması
Müştərilər üçün paket təkliflərinin hazırlanması
Hər bir paketin iqtisadi məqsədəuyğunluğunun hesablanması (maya dəyəri, marjinallıq, zərərsizlik nöqtəsi, gəlir proqnozu)
Qiymətqoyma və kommersiya siyasətinin formalaşdırılmasında iştirak
Məhsul təqdimatlarının, qiymət siyahılarının və kommersiya təkliflərinin hazırlanması
Danışıqların effektivliyini artırmaq üçün satış şöbəsi ilə birgə iş
Yeni məhsul həllərinin və xüsusi layihələrin işə salınması
Bazarın, rəqiblərin və outdoor-reklam sahəsindəki tendensiyaların monitorinqi
Məhsul backlog-unun aparılması və tapşırıqların prioritetləşdirilməsi
Rəhbərlik üçün hesabatların hazırlanması
Tələblər
Product Manager, Product Owner, Category Manager, Marketing Manager, Commercial Analyst və ya bənzər sahədə iş təcrübəsi
Məhsul idarəetməsi prinsiplərini anlamaq (məhsulun həyat dövrü, dəyər təklifi, backlog, prioritetləşdirmə)
Excel / Google Sheets ilə əminliklə işləmə bacarığı
Müxtəlif mənbələrdən məlumatları toplamaq və strukturlaşdırmaq bacarığı
Satış üçün təqdimat və kommersiya materialları hazırlama təcrübəsi
İnkişaf etmiş danışıq bacarıqları
Müstəqillik, sistemlilik, detallara diqqət, nəticəyə yönümlülük
Üstünlük təşkil edir:
Outdoor-reklam, retail media, ticarət mərkəzləri ilə iş və ya B2B-satışlar sahəsində təcrübə
CRM sistemləri və BI-alətləri ilə tanışlıq
Təklif edirik
Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir);
Satış nəticələrinə əsaslanan yüksək bonus sistemi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Korporativ təlimlərdə iştirak imkanı;
İş qrafiki: Bazar ertəsi – Cümə.
İş yeri - Bakı şəhəri, Simurq Plaza
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində " Product Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq təqdim edə bilərlər.
Apply at the source
This role was published by Times Consulting and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/times-consulting-mehsul-meneceri-product-manager-147050