Kiçik şəbəkə mütəxəssisi

AzEduNet MMC

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted

Description

AzEduNet MMC

Vəzifə öhdəlikləri:

Şəbəkə avadanlıqları (router, switch, access point) sazlanması, nəzarəti və texniki dəstəyi;

NVR/DVR sistemlərin və təhlükəsizlik kameraların quraşdırılması, sazlanması və monitorinqi;

Ofis kompüterlərin, printerlərin və digər IT avadanlıqların texniki xidməti;

Proqram təminatının yenilənməsi və təhlükəsizlik tədbirlərinin təmin edilməsi;

İstifadəçilərə texniki dəstək göstərmək (hardware/software problemlərinin həlli);

IT avadanlıqların uçotunun aparılması və texniki hesabatların hazırlanması.

Namizədə verilən tələblər:

Şəbəkə texnologiyaları haqqında baza bilikləri (LAN, WAN, TCP/IP, VLAN, DHCP, DNS və s.);

Router, switch və access point-lərin ilkin konfiqurasiyası və idarəedilməsi bacarığı;

NVR/DVR sistemləri (Hikvisiov), IP və analoq təhlükəsizlik kameraları ilə iş təcrübəsi;

Əməliyyat sistemlərinin (Windows, bəzən Linux əsaslı sistemlərin) quraşdırılması və sazlanması üzrə biliklər;

Ofis avadanlıqları (printer, skaner və s.) ilə iş bacarığı;

Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı;

Komanda ilə işləmək və işə məsuliyyətli yanaşma;

Müvafiq ixtisas üzrə orta ixtisas təhsili və ya ali təhsil arzuolunandır;

Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi;

Aşağıdakı beynəlxalq sertifikatlardan birinin mövcud olması üstünlük sayılır: CompTIA Network + və ya CompTIA Security + Cisco CCNA (Cisco Certified Network Associate).

İş şəraiti

İş qrafiki: 5 günlük iş rejimi.

Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Kiçik şəbəkə mütəxəssisi” yazmaqla göndərə bilərsiniz.

Apply at the source

This role was published by AzEduNet MMC and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗