Kiçik Data Analitik (Junior data analyst)

Iktex

Location
Baku
Employment
Full-time
Level
Junior specialist
Category
Data & Analytics
Posted

Description

Vəzifə öhdəlikləri:

Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili;

Müxtəlif sistemlərdən məlumatların toplanması, təmizlənməsi və analiz olunmasında iştirak etmək

Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası;

Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması;

Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

Texniki və analitik dokumentasiyaların hazırlanmasına dəstək olmaq;

Məlumat keyfiyyəti yoxlamaları aparmaq və uyğunsuzluqları müəyyən etmək;

Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək

Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə);

Hərbi mükəlləfiyyətli. (Yaşı 29-dan çox olmayan);

Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı;

Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür;

Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili;

Xarici dil bilikləri arzuolunandır.

Səriştələr:

Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;

İnkişafa yönümlü və innovativ;

Operativlik və çeviklik;

Komandada işləmək bacarığı;

Nəticə yönümlü.

Üstünlüklərimiz:

Peşakar komandada işləmək imkanı;

Yeni işçinin təlimləndirilməsi;

Ölkədaxili və xarici təlimlərdə iştirak;

Şirkət tərəfindən nahar;

Karyera inkişafı.

​​​​​​​Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 800-1300 AZN)

Maraqlanan namizədlər öz CV-lərini M****üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by Iktex and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗