İT üzrə Təcrübəçi

NN Business Group MMC

Location
Baku
Employment
Internship
Level
Student
Category
Other Tech
Posted

Description

📍NN Business Group MMC

Ümumi məlumat

İT üzrə Təcrübə Proqramı elan edir!

Gələcəyin İT üzrə mütəxəssislərini komandamıza dəvət edirik!

Veb texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, real layihələr üzərində çalışmaq, oyunlaşdırılmış (gamification) məhsulların hazırlanması prosesində iştirak etmək və peşəkar təcrübə qazanmaq istəyən tələbə və yeni məzunlar üçün Təcrübə Proqramına müraciətlər açıqdır.

Qeyd Təcrübə proqramı ödənişlidir.

Proqram iştirakçılara real layihələr üzərində işləmək və peşəkar inkişaf imkanları əldə etmək şansı yaradır.

Təcrübə müddəti: 1–5 ay (layihə əsaslı)

📩 CV-lərinizi hr@nnbusinessgroup.az elektron poçt ünvanına göndərə və ya 070 404 86 06 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Öhdəliklər

Dizayn konsepsiyalarına uyğun olaraq interaktiv, dinamik və intuitiv veb-interfeyslərin hazırlanmasında iştirak etmək;

Oyun mexanikalarının və istifadəçi qarşılıqlı əlaqələrinin proqramlaşdırılmasına dəstək göstərmək;

Frontend və backend sistemləri arasında API inteqrasiyalarının həyata keçirilməsində iştirak etmək;

İnterfeyslərin müxtəlif cihazlarda (masaüstü, planşet və mobil) düzgün işləməsini təmin etmək;

Tətbiqin performansının optimallaşdırılması və kod keyfiyyətinin qorunmasına töhfə vermək;

Texniki sınaqlarda iştirak etmək, nasazlıqların aşkarlanması və aradan qaldırılmasına dəstək göstərmək;

Dizayn və inkişaf komandaları ilə əməkdaşlıq edərək layihələrin uğurla icrasına töhfə vermək.

Tələblər

Namizədə olan tələblər:

Tələbə və ya yeni məzun olmaq;

Veb texnologiyaları üzrə baza biliklərə malik olmaq (HTML, CSS, JavaScript);

İnteraktiv və dinamik interfeyslərin hazırlanmasına yüksək maraq göstərmək;

Məntiqi və analitik düşünmə qabiliyyətinə sahib olmaq;

Komanda ilə işləmə bacarığı və öyrənməyə yüksək motivasiya;

Yeni texnologiyaları araşdırmaq və tətbiq etmək həvəsi.

Apply at the source

This role was published by NN Business Group MMC and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗