İT infrastruktur üzrə arxitektor

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location
Baku
Employment
Full-time
Category
DevOps & SRE
Posted

Description

Təsvir

Agentliyin İT infrastrukturu üçün vahid platforma arxitekturasının (on-prem, cloud, hybrid) konseptual dizaynının hazırlanması və inkişaf etdirilməsi;

Paylanmış arxitekturalı (distributed) platformaların (multi-cluster, multi-tenant) referens arxitekturasının formalaşdırılmasına və tətbiqinə rəhbərlik edilməsi;

İnfrastrukturun Platform as a Service yanaşması ilə dizayn edilməsi (self-service, standartlaşdırılmış pipeline və environment-lər);

CI/CD, GitOps və IaC proseslərinin strateji səviyyədə qurulması və idarə olunması (ArgoCD, GitLab CI, Terraform, Ansible və s.);

Yüksək yüklü və kritik sistemlər üçün miqyaslanma (scalability), əlçatanlıq (availability) və dözümlülük (resiliency) prinsiplərinə uyğun infrastruktur arxitekturalarının layihələndirilməsi;

Bulud (cloud) və yerində quraşdırılan (on-prem) resurslar üçün tutum planlaması (capacity planning), xərclərin optimallaşdırılması (cost optimization) və performans strategiyalarının müəyyən edilməsi;

Observability stack-in (metrics, logs, traces, profiling) vahid arxitektura və standartlar üzrə qurulmasına rəhbərlik edilməsi;

SLI/SLO, error budget, incident response, postmortem proseslərinin dizaynı;

Təhlükəsizlik və uyğunluq (security by design, zero-trust, secret management, auditability) tələblərinin platforma səviyyəsində təmin edilməsi;

İnfrastruktur üzrə texniki qərarlara rəyin verilməsi, risklərin qiymətləndirilməsi və arxitektura review-ların aparılması;

Digər departamentlər üçün (development, data, təhlükəsizlik) texniki lider və məsləhətçi funksiyasının icra edilməsi;

Texniki standartlar, referens arxitekturalar, best practice sənədlərinin hazırlanması və qorunması;

İnfrastruktur yol xəritəsinin (roadmap) hazırlanması və icrası prosesində iştirak;

Departament rəhbərliyinə platformanın vəziyyəti, risklər və inkişaf planları üzrə strateji hesabatların təqdim edilməsi;

Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;

Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

ali təhsil;

minumum 7 il iş stajı;

Linux əsaslı sistemlər üzrə ekspert səviyyəsində bilik və real arxitektura təcrübəsi;

Kubernetes və cloud-native ekosistemi üzrə dərin platforma səviyyəli bilik (networking, storage, security, scheduling);

IaC və avtomatlaşdırma alətləri üzrə arxitektor səviyyəsində bacarıqlar (Terraform, Ansible, Helm, Packer);

CI/CD, GitOps və SDLC proseslərinin dizaynı və optimallaşdırılması üzrə təcrübə;

Observability və SRE metodologiyaları üzrə praktik bilik və tətbiq təcrübəsi;

Cloud provayderlər (AWS / Azure / GCP) və ya böyük on-prem mühitlərlə iş təcrübəsi;

Yüksək səviyyəli texniki qərarvermə, risk analizi və problem həll etmə bacarığı;

Texniki liderlik, mentorluq və multi-komanda mühitində işləmə bacarığı;

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗