İnsan Resursları üzrə aparıcı mütəxəssis (Data analitik)

AzərPambıq ASK MMC

Location
Baku
Employment
Full-time
Level
Supervisor
Category
Data & Analytics
Posted

Description

Təsvir

Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması;

Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;

Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili;

Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması;

İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması;

İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi;

Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması;

İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi;

Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması;

Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi;

İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması;

Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması;

Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.

Tələblər

Yalnız bəy namizədlər

Ali təhsil ( Biznesin idarə edilməsi, iqtisadiyyat və ya riyaziyyat sahəsi üzrə);

İş təcrübəsi Müvafiq sahə üzrə 2 ildən az olmayaraq əmək stajı (İR data analitikasında təcrübəyə malik);

Yüksək səviyyədə MS Office bilikləri (Excel yüksək səviyyədə);

Süni intellekt (Aİ tools) və digər qabaqcıl sistemlərdən istifadə etmə;

1C 8.3 ERP proqram təminatında işləmək ;

ƏMAS portalında işləmək;

Əmək qanunvericiliyi üzrə nəzəri biliklər;

Analitik düşünmə bacarığı;

Komandada işləmə bacarığı;

Planlaşdırma və problem həll etmə bacarığı ;

Yaş: 25-35 (ezamiyyətlərə açıq kişi namizədlərə üstünlük verilir) ;

İş rejimi: 5 gün

Həftədə 40 saat

İstirahət günləri: şənbə və bazar

Apply at the source

This role was published by AzərPambıq ASK MMC and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗