İnfrastruktur Arxitekti

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location
Baku
Employment
Full-time
Level
Other
Category
DevOps & SRE
Posted
Deadline

Description

  • Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi;
  • Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması;
  • Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması;
  • Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi;
  • Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması;
  • Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması;
  • Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi;
  • İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;
  • Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması;
  • İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması;
  • Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi;
  • Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.

Requirements

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
  • İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi;
  • Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə;
  • Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə;
  • Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik;
  • Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər;
  • Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi;
  • Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər;
  • Bulud platformaları üzrə biliklər üstünlükdür;
  • İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə;
  • Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış;
  • Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı;
  • Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.

Apply at the source

This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.com ↗

8 views