İnformasiya təhlükəsizliyi (GRC) üzrə aparıcı mütəxəssis
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Security
- Posted
- Deadline
Description
- İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması, standartlara uyğunluğunun təmin edilməsi və prosesində iştirak edilməsi;
- ISO 27001, CIS CSC, NIST və Agentlikdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan IT və informasiya təhlükəsizliyi risklərinin təhlil edilməsi;
- İnformasiya təhlükəsizliyi strategiyasına uyğun olaraq, kiber idarəetmə və risklərin idarə edilməsinə nəzarət edilməsi;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün kontrolların və proseslərin dövri olaraq nəzərdən keçirilməsinin planlaşdırılması və nəzarət edilməsi;
- İT və informasiya təhlükəsizliyi ilə bağlı Agentliyin risklərinin idarə edilməsi, ISO standartlarına uyğunluğunun və fərdi məlumatların mühafizəsi fəaliyyətlərinin dəstəklənməsi, lazımi siyasətlərin və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi;
- İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üçün lazımi tapşırıqların planlaşdırılması və nəzarət edilməsi;
- Təklif olunan yeni texnoloji həllər və proseslərin Agentliyin təhlükəsizlik siyasətinə və müvafiq qaydalara uyğunluğunun təmin edilməsi, bu tələblərə qarşı boşluqların təhlilinin aparılması və sənədləşdirilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramı üçün strategiya, məqsəd və hədəflərin hazırlanması;
- Agentliyin informasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin ("maturity level") müəyyənləşdirilib inkişaf etdirilməsi;
- Tələb olunan və ya tapşırılan hər hansı digər əlaqəli vəzifələrin yerinə yetirilməsi.
Requirements
- İT və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili;
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 3-il iş təcrübəsi;
- Risklərin qiymətləndirilməsi və İT audit prosesləri üzrə bilik və təcrübənin olması;
- Azərbaycan və ingilis dillərində fikri anlamaq və səlis ifadə etmək bacarığı, rus dili azruolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda işinin qurulması və maraqlı tərəflər ilə kommunikasiyanın qurulması bacarığı.
Apply at the source
This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Glorri. Applications are handled there, not on this site.
7 views