Data idarəçiliyi üzrə baş mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Data & Analytics
- Posted
Description
Təsvir
Data idarəçiliyi üzrə siyasətlərinin, standartlarının, prosedur və metodoloji
sənədlərin hazırlanması
Data idarəçiliyi üzrə vəzifələr (data
sahibi, data stüard və s.), öhdəliklər və idarəetmə strukturlarının (komitələr, işçi qrupları) fəaliyyətinin
təkmilləşdirilməsi
Data keyfiyyəti göstəricilərinin müəyyən
edilməsi, ölçülməsi və monitorinqi
Data idarəçiliyi ilə bağlı
texniki həllərin (data kataloq və s.) idarəedilməsi və qabaqcıl texnologiyaların tətbiq
edilməsi
Metaməlumatların (tərif, iş anlayışları və s.) data
kataloqunda sənədləşdirilməsi və aktuallığına nəzarət edilməsi
Master data idarəetməsi (MDM) təşəbbüslərinin dəstəklənməsi
Məlumatların təsnifatı, qriflənməsinin və təhlükəsizliyinə dəstək
göstərilməsi
Məlumatların həyat dövrü (yaradılması, toplanılması,
saxlanması, işlənməsi, paylaşılması, arxivləşdirilməsi və silinməsi) üzrə qaydaların tənzimlənməsi və metodoloji
sənədlərin tərtib olunmasında iştirak edir, habelə tərtib olunmuş tənzimləyici sənədlərə uyğunlaşmağa dəstək
göstərilməsi
Data ilə bağlı layihələrdə (rəqəmsallaşma, inteqrasiya
və s.) data idarəçiliyi üzrə ekspert dəstəyinin göstərilməsi
Data
risklərinin qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin təklif edilməsi
Data idarəçiliyi üzrə hesabatların hazırlanması
Data idarəedilməsi üzrə yetkinlik səviyyəsinin qiymətləndirilməsi (maturity assessment),
boşluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi
Agentliyin əməkdaşlarının Data idarəçiliyi üzrə savadlılığının qiymətləndirilməsi və
artırılması istiqamətində təlimlərin keçirilməsi
Azərbaycanda
məlumatların idarə edilməsi (Data Governance) Strategiyasının icrası və hədəflənən arxitekturası (çərçivəsi)
tətbiqində iştirak edilməsi
Dövlət informasiya ehtiyatlarında və
sistemlərində toplanılan məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqində
iştirak edilməsi
“Dövlət məlumat hövzəsi”nin yaradılması və dövlət
informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyasında iştirak
edilməsi
Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə
dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata
keçirilməsində iştirak edilməsi
Dövlət qurumlarının və yerli
özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi və diaqnostika
nəticəsində Rəqəmsallaşma üzrə Yol Xəritəsinin hazırlanmasında iştirak edilməsi
Tələblər
Ali təhsil (İnformatika, Statistika, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə)
Data idarəçiliyi sahəsində 3-5 il təcrübə
Data idarəetməsi çərçivələri (DAMA-DMBOK və s.) üzrə dərin biliklər.
Güclü analitik düşüncə, problem həll etmə və qərar qəbuletmə bacarığı
Təşkilat daxilində və xaricindəki maraqlı tərəflər ilə işləmək bacarığı
OpenMetadata, Ataccama kimi data idarəçiliyi alətlərində təcrübə
Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı
Beynəlxalq data tənzimləmələri və standartları ilə tanışlıq
Data idarəçiliyi və ya data keyfiyyəti üzrə beynəlxalq sertifikatlar (CDMP, ISO 8000 və s.) üstünlük təşkil edir
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/data-idareciliyi-uzre-bas-mutexessis-E9Z73S