C# Developer

Innovative Solutions Group

C#

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

Vəzifə öhdəlikləri:

C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin yazılması, inkişafı və davamlı texniki dəstəyi;

MS SQL Server istifadə edərək SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması;

Dapper və/və ya Entity Framework ilə işləmək.

RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası;

Təmiz, oxunaqlı, dəstəklənməsi asan və yaxşı test edilmiş kod yazmaq.

Yeni sistemlərin tətbiqində və yaradılmasında iş prosesini təşkil etmək.

Mobil tətbiq və digər servis üzərindən qoşulmalar üçün lazım olan API və s. Hazırlanması.

Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

Təhsil, ixtisas və şəxsi tələblər:

Ali-bakalavr – Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat

İş stajı:

1-2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)

​​​​​​​ Sahə/İxtisas Tələbləri:

REST API dizayn prinsiplərini yaxşı səviyyədə anlamaq.

SQL və əlaqəli (relational) verilənlər bazaları üzrə yaxşı biliyə malik olmaq, MS SQL Server ilə iş təcrübəsi.

Dapper və ya Entity Framework ilə iş təcrübəsi.

Git və mənbə kodunun idarə edilməsi (source control) prosesləri ilə tanışlıq.

Azure DevOps və CI/CD prosesləri (pipelines) biliyə malik olmaq.

Proqram mühəndisliyinin ən yaxşı təcrübələri (best practices) haqqında anlayış.

Güclü problem həll etmə və analitik düşünmə bacarıqları.

Həm müstəqil, həm də komanda şəklində səmərəli işləmək bacarığı.

C# .NET və  ASP.NET   MVC/Core

HTML, CSS, JavaScript, jQuery

Sistem inteqrasiyası və API-lərlə iş təcrübəsi

Debugging və performans analizləri

Səriştələr və Yumşaq Bacarıqlar:

Kritik infrastruktur mühitində stresə davamlılıq və problem həll etmə (troubleshooting) bacarığı;

Planlama və təşəbbüskarlıq

Komandada effektiv işləmək və proqram təminatı mühəndisləri ilə koordinasiya qurmaq bacarığı;

Məsuliyyətlilik, operativlik və nəticəyə yönümlülük.

Dil bilikləri:  Azərbaycan – Mükəmməl, İngilis - Əla

İş şəraiti:

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

1-2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)

Minimum 1-2 il iş təcrübəsi;

Hərbi mükəlləfiyyətli (Yaşı 29-dan çox olmayan);

Müraciət etmək istəyən namizədlər öz CV-lərini mövzu hissəsində " C# Developer " qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by Innovative Solutions Group and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗