Baş biznes analitik
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Product & Project Management
- Posted
Description
Təsvir
Çoxtərəfli layihələri idarə etmək. Fərqli dövlət qurumların, kommunal operatorlar və
özəl vendorlar arasında genişmiqyaslı inteqrasiya layihələrini təhlil edir, onları təkmilləşdirmək üçün tövsiyələr
hazırlayır.
Biznes tələblərinin toplanması, analizi və sənədləşdirilməsi
üçün strateji istiqamətləri müəyyənləşdirir.
Maraqlı Tərəflərin
(Stakeholder) idarə edilməsi məqsədi ilə texniki (DevOps, tərtibatçılar), hüquqi, maliyyə və biznes komandaları
arasında koordinasiyanı təmin etmək, kros-funksional (çoxfunksiyalı) qrupların işini
sinxronlaşdırmaq.
Texniki həllər və sistem dizaynı üçün məqsədli tələblər
(BRD) və funksional tələblər (FRD) hazırlayır
Mövcud iş axınlarını
(workflows) analiz edərək, onların rəqəmsal mühitə və platformalara (məsələn, MyGov, SİMA, EHİS) inteqrasiya olunmuş
formatda keçidini tərəflərlə əlaqələndirmək.
Effektivliyin izlənilməsi
üçün KPI-ları müəyyən etmək, analitik alətlərdən istifadə etməklə data əsaslı qərarlar vermək və prosesə nəzarət
etmək.
Maliyyə modelləşdirmə, risk qiymətləndirmə və biznes
gözləntilərinin təhlili üçün məlumat analitikasından istifadə edir, rəhbərlik üçün strateji, dinamik hesabatlar
və vizual təqdimatlar hazırlamaq.
Müxtəlif layihələr üzrə analitik
komandaların işinə rəhbərlik edin və mentorluq edir.
Layihə icrası zamanı
yarana biləcək texniki, hüquqi və sənədləşmə risklərini öncədən proqnozlaşdırmaq və mitigasiya (azaltma) planları
hazırlamaq, tərəflərlə əlaqələndirmək.
Tələblər
Ali təhsil (Mühəndislik, Biznesin İdarə Edilməsi (MBA), İnformasiya Texnologiyaları
və ya müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi).
Rəqəmsal
məhsulların yaradılması, rəqəmsal transformasiya, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və ya çoxmodullu
inteqrasiya layihələrinin idarə edilməsi və koordinasiyası üzrə minimum 3-5 il uğurlu iş
təcrübəsi.
Biznes Analiz və Proses Modelləşdirilməsi: AS-IS və TO-BE
proseslərinin analizi, BPMN 2.0 (Camunda, Draw.io, Miro) standartları ilə işləmək təcrübəsi.
Sistemlərarası məlumat mübadiləsi, REST API (Postman / Swagger) specifikasiyaları və məlumat
analitikası (SQL, Kibana, Google Analytics və s.) haqqında konseptual və ya praktiki biliklər.
Rəqəmsal Həllər üzrə Təcrübə (KYC, biometrik eyniləşdirmə), elektron imza (SİMA və s.) və
Vahid Giriş (SSO) sistemlərinin tətbiqi layihələrində iştirak arzuolunandır.
Biznes proseslərinin modelləşdirilməsi (BPMN, UML) və tələblərin idarə edilməsi alətlərində
(JIRA, Confluence) yüksək səviyyəli bilik.
Biznes ssenarilərinin və
texniki tapşırıqların avtomatlaşdırılmış emalı üçün AI və modellərindən istifadə bacarığı.
Komandada işləmək və texniki (development) komanda ilə biznes tərəflər arasında effektiv
kommunikasiya qurmaq bacarığı.
Çoxsaylı dövlət və özəl qurumlarla
(nazirliklər, kommunal provayderlər) effektiv kommunikasiya və stakeholder menecment
bacarıqları;
Böyük verilənlər (Big Data) üzrə AI-yönümlü prediktiv
analitika, proseslərin proqnozlaşdırılması və risk analiz modellərinin qurulması prinsipləri ilə
tanışlıq;
Maliyyə təhlili, ROI hesablamaları və biznes case hazırlamaqda
güclü bacarıqlar.
Elektron Hökumət arxitekturası, verilənlər bazası
arxitekturası və sistemlər arası API/intekrasiya prinsipləri barədə dərin biliklər;
Vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) vasitəsilə biznes keyslərin faydalılıq
analizinin aparılıması, dinamik analitik idarəetmə panellərinin (Executive Dashboards) formalaşdırılması
bilikləri;
Süni İntellekt (AI) və Maşın Öyrənməsi (ML) alətlərinin biznes
analiz proseslərinə və məlumatların dürüstləşdirilməsi (Data Cleansing) mexanizmlərinə tətbiqi barədə
biliklər;
Rəqəmsal transformasiya və IT xidmət idarəetməsi (ITIL)
prinsipləri haqqında biliklər.
Azərbaycan dili mükəmməl (ana dili
səviyyəsində, rəsmi işgüzar yazışma bacarığı), İngilis və ya Rus dili işgüzar ünsiyyət və texniki sənədləşmə ilə
işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/bas-biznes-analitik-lJjeuZ