Android Mobil Proqramlaşdırma üzrə Mütəxəssis

Paşa Bank

Android

Location
Baku
Employment
Full-time
Category
Mobile
Posted

Description

Təsvir

Banka dəyər qatacaq Android/iOS platformasında tətbiqlərin qurulmasında və inkişaf etdirilməsinə töhvə vermək

Tərtib olunmuş tələblərə və UI/UX dizayn çərçivələrinə uyğun proqram hazırlamaq

Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək

Kodun dəqiqliyini və düzgün inteqrasıyasını yoxlamaq üçün testlər hazırlanması

Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq

Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq.

İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq

Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək

Proqram təminatında edilmiş dəyişikliyin son istifadəçiyə düzgün formada çatdırılmasını təmin etmək

Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək

Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının keyfiyyət yoxlama işlərini təmin etmək

Daxil mühəndislik işlərində iştirak etmək

Tələblər

  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi : Proqram təminatı, mühəndislik sahəsində minimum 2 il təcrübə
  • Lisenziya/Sertifikat: N/A
  • Xarici dillər: İngilis(yaxşı)
  • Komputer bilikləri: Native Android və ya iOS development, Kotlin və ya Swift üzrə yaxşı biliyin olması. RESTful APIs infrastruktur üzrə yaxşı biliyin olması. Verilənlərin strukturu və alqoritm yaxşı biliyin olması. Kodun funksionallıq və inteqrasiyası testlərini tərtib etmək bacarığı. Asinxron və reaktiv proqramlaşdırma üzrə biliyin olması. Məlumatların yaddaşda saxlanılması bacarığı. CI/CD təcrübəsi olması. Kod asılılıqların idarə edilməsi (DI) biliyin olması.
  • Məhsul üzrə biliklər: JIRA
  • Başqa tələblər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: kod dizayn üsulları (design patterns), proqram təhlükəsizliyi, paralel proqramlaşdırma, cütlü proqramlaşdırma, animasiya ilə işləmək bacarığı, multimediya faylları ilə işləmək bacarığı.

Apply at the source

This role was published by Paşa Bank and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗