AI və Biznes Analitikası üzrə Mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data Science & ML
- Posted
Description
İş şəraiti
İş rejimi: 5 gün saat 08.30-17.30
İş
yeri: Bakı şəhəri Ulduz metrosu yaxlnlığı (servis var)
Əməkhaqqı:
Razılaşma yolu ilə
Şirkətin maliyyə, satış və əməliyyat göstəricilərinin təhlili, məlumatların vahid
sistemdə konsolidasiyası və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən interaktiv Dashboard və hesabatların
hazırlanması üçün AI və Biznes Analitikası üzrə Mütəxəssis axtarırıq.
Bu vəzifədə çalışan şəxs CEO ilə birbaşa əməkdaşlıq edərək biznes göstəricilərini analiz
edəcək, əsas KPI-ları izləyəcək və AI alətlərindən istifadə etməklə hesabatlılıq və analiz proseslərinin
avtomatlaşdırılmasına töhfə verəcək.
Təcrübəsi az olan namizədlər üçün
Əgər böyük iş təcrübəniz yoxdursa, lakin Power BI, Excel və AI alətlərindən istifadə
edərək hazırladığınız fərdi layihələriniz, Dashboard-larınız və ya portfolio nümunələriniz varsa, müraciət
etməyinizi tövsiyə edirik.
Bizim üçün yalnız əvvəlki iş təcrübəsi deyil,
analitik düşüncə, praktiki bacarıq, öyrənmə sürəti və yeni texnologiyalardan effektiv istifadə etmək bacarığı əsas
meyarlardandır.
Əsas vəzifə öhdəlikləri
Müxtəlif departamentlərdən daxil olan məlumatların toplanması, təmizlənməsi,
strukturlaşdırılması və birləşdirilməsi;
Maliyyə, satış və əməliyyat
məlumatlarının analizi;
CEO və rəhbərlik üçün interaktiv və dinamik
Dashboard-ların hazırlanması;
KPI, ROI və digər əsas biznes
göstəricilərinin monitorinqi;
Biznes nəticələrində yaranan
dəyişiklikləri, riskləri və inkişaf imkanlarını müəyyənləşdirmək;
Müntəzəm və ad-hoc analitik hesabatların hazırlanması;
ChatGPT, Claude, Gemini və digər AI alətlərindən istifadə etməklə analiz və hesabatlılıq
proseslərinin optimallaşdırılması;
Təkrarlanan analitik proseslərin
avtomatlaşdırılması və işin effektivliyinin artırılması;
Məlumat əsasında
rəhbərliyə əsaslandırılmış nəticə və təkliflərin təqdim edilməsi.
Namizədə tələblər
Biznes analitikası, data analitikası və ya əlaqəli sahədə 1+ il iş
təcrübəsi;
Power BI, Tableau və ya Looker Studio alətlərindən biri ilə
sərbəst işləmə bacarığı;
Excel / Google Sheets üzrə yaxşı biliklər –
mürəkkəb düsturlar, Pivot Table və analitik modelləmə;
AI alətlərindən
(ChatGPT, Claude, Gemini və s.) aktiv və effektiv istifadə bacarığı;
Prompt Engineering üzrə anlayış və praktik tətbiq bacarığı;
Analitik və sistemli düşünmə qabiliyyəti;
Məlumatları təhlil edərək nəticələri sadə və anlaşılan formada təqdim etmək
bacarığı;
Detallara diqqət və yüksək öyrənmə
qabiliyyəti.
CV-nizi və varsa Dashboard / Power BI / Excel / AI layihələrinizdən portfolio nümunəsini
mövzu hissəsində “AI və Biznes Analitikası üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Apply at the source
This role was published by Inci Group Of Companies and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/ai-ve-biznes-analitikasi-uzre-mutexessis-wJ4NTx